Santuşla birlikdə çalışanların da istefası tələb olunur Mahir Şükürov yeni nəfəs istəyir
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Azərbaycan milli komandasının sabiq üzvü Mahir Şükürov Futbolinfo.az saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, veteran müdafiəçi milli komandanın istefaya göndərilən baş məşqçisi Fernandu Santuşdan başqa, onunla birlikdə çalışan şəxslərin də yola salınmalı olduğunu deyil. Şükürovun fikirncə, Azərbaycan futboluna yeni nəfəs lazımdır:
“Fernandu Santuşla yanaşı, onunla birlikdə çalışan, bütün bu müddət ərzində milli komandada məsuliyyət daşıyan şəxslər də yığmadan uzaqlaşdırılmalıdır. Çünki artıq uzun müddətdir ki, onlar futbol ictimaiyyətini aldatmaqla məşğuldurlar, həqiqəti gizlədərək sadəcə, başımızın altına yastıq qoyublar. Bu isə Azərbaycan futbolunun inkişafına heç bir fayda verməyib. Ona görə də düşünürəm ki, hamısı bir-bir yığmanı tərk etməli və yerini yeni nəfəs gətirəcək, futboldan doğrudan da anlayışı olan, bu sahəyə ürəyini qoyacaq insanlara verməlidir”.
Baxış sayı:37
Bu xəbər 10 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















