Icma.az
close
up
RU
“Santuşun belə uğursuz olacağını gözləməzdim” Hacıyevski

“Santuşun belə uğursuz olacağını gözləməzdim” Hacıyevski

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevskinin futbolinfo.az saytına müsahibəsi.

– Azərbaycan yığmasının İslandiyaya 0:5 hesablı məğlubiyyətini necə qarşıladınız?

– Açığı, İslandiya ilə oyunu izləmədim. Yadımdadır ki, uzun illər öncə mən Makedoniya millisinin baş məşqçisi olanda evdə İslandiyaya qalib gəlmişdim, Reykyavikdə isə 1:1 hesablı heç-heçə etmişdik. Bəli, həmin dövrlə müqayisədə İslandiya yığması indi daha güclüdür. Amma onlara 0:5 hesabı ilə uduzacağın səviyyədə də deyillər.

– Bu nəticədən sonra baş məşqçi Fernandu Santuş istefaya göndərildi. Yəqin ki, qərarı haqlı hesab edirsiniz…

– Açığı, Avropa çempionu olmuş Santuşun Azərbaycan millisindəki fəaliyyətinin bu qədər uğursuz alınacağını gözləmirdim. Onun yaxşı işlər görəcəyini, uğurlu nəticələrə imza atacağını təxmin edirdim. İslandiyaya 0:5 hesablı məğlubiyyət xəyal qırıqlığıdır. Bu mənada, Santuşun istefaya göndərilməsini normal qarşılayıram.

– Yığmamızı bu gün Ukrayna ilə baş tutacaq matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq…

– Hazırda Azərbaycanda vaxtilə futbolçu olmuş yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Rəşad Sadıqov, Samir Abasov və digərlərinin adını çəkə bilərəm. İnanıram ki, yerli məşqçi təyin edilsə, nəticə bundan pis olmayacaq. Amma bu, mənim işim deyil, federasiyanın işinə qarışmaq istəmirəm. Sadəcə, Azərbaycanda çalışmış bir şəxs olaraq, sizin futbolçuların mentalitetini və keyfiyyətini yaxşı bilirəm.

– Maraqlıdır ki, Azərbaycan yığmasında qələbə görməyən iki məşqçi var: biri Santuşdur, digəri isə siz. Santuş 11 oyunda qalibiyyətə həsrət qaldığı halda, sizdə bu göstərici 3-dür. Bunu necə şərh edərdiniz?

– Mən digər əcnəbi mütəxəssislərlə müqayisədə Azərbaycan millisində çox az işlədim, cəmi 3 oyunda komandaya rəhbərlik etdim. Yəni digərləri kimi uzun müddət çalışmadım. İşlədiyim dönəmdə də güclü Belçika və Finlandiya yığmaları ilə qarşılaşmışdıq, bir də Qazaxıstanla üz-üzə gəlmişdik. Mənim daha çox iş görmək imkanım, bu səbəbdən də qələbə qazanmağım üçün yetərli zamanım olmamışdı. 3 oyunla 11 oyun arasında fərq böyükdür.

– Sizcə, Azərbaycan yığmasının əsas problemi nədir?

– Azərbaycan millisində yerli və ya əcnəbi məşqçi işləyə bilər. Amma əsas problem bu deyil, baş məşqçinin kimliyi böyük rol oynamır. Əsas məsələ təşkilatlanmada və azərbaycanlı futbolçuların keyfiyyətindədir. Dəfələrlə demişəm ki, milli komandanın uğurlu nəticələr qazanmasını istəyirsənsə, ya güclü çempionatın olmalıdır, ya da güclü xarici çempionatlarda oynayan futbolçuların. Əvvəl Azərbaycan liqasının səviyyəsi yüksək idi. Bildiyim qədərilə bu mövsümdən legioner limiti ləğv olunub. Bu isə o deməkdir ki, ötən sezonla müqayisədə bu il Azərbaycan çempionatı daha səviyyəlidir. Mən işlədiyim dönəmdə də legioner limiti yox idi. Həmin vaxt güclü klubların da sayı çox idi. Onda “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Bakı”, “Simurq” və “Qarabağ” çempionluq mübarizəsi aparırdı. İndiki kimi deyildi, son 10 ildə “Qarabağ” hegemonluq edir. Yadımdadır, mən çalışdığım dönəmdə “Qarabağ”ı Rasim Kara çalışdırırdı.

Dediyim kimi, yığmanın irəli getməsi üçün ya güclü liqan olmalıdır, ya da İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa, İsveçrə, Avstriya kimi ölkələrdə legioner həyatı yaşayan futbolçuların. Nə qədər güclü çempionatlarda oynasalar, millinin düşərgəsinə bir o qədər yaxşı formada gələcəklər. Əsas məsələ budur. Yoxsa Azərbaycan millisinə Pep Qvardiola və ya Yurgen Kloppu da gətirsən, nəticə olmayacaq. U-21, U-19, U-17 yığmaları inkişaf etməsə, əsas millinin işi çox çətin olacaq. Sizə düzgün və uzunmüddətli strategiya lazımdır, yalnız bu halda Azərbaycanda futbolun səviyyəsi qalxacaq.

– “Qarabağ”ın tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasını necə qarşıladınız?

– “Qarabağ”ı bu münasibətlə təbrik edirəm və onlara əsas mərhələdə uğurlar arzulayıram. Vaxtilə köməkçim olmuş Çudomir Çakarov uzun illərdir ki, “Qarabağ”da işləyir. Onların uğuruna çox sevinirəm. Azərbaycanın digər klublarına da uğurlar diləyirəm. Hazırda Bolqarıstanda çalışdığım üçün “Sabah”ın Konfrans Liqasında “Levski” ilə oyunlarını izlədim. “Sabah” ilk görüşdə pis təsir bağışlamadı, amma Bakıdakı cavab oyununda zəif çıxış etdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri