Santuşun seçimləri sürpriz adlar var
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Baş məşqçi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlar üçün aşağıdakı futbolçulara dəvət göndərib:
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Aydın Bayramov
Müdafiəçilər: Abbas Hüseynov, Qismət Alıyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: Coşqun Diniyev, Elvin Camalov, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Emin Mahmudov, Toral Bayramov, Ozan Can Kökçü, Rüstəm Əhmədzadə
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov.
Santuşun siyahısında yeni ad da var. Bu, Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyevdir. Legioner həyatı yaşayan müdafiəçi bu mövsüm komandasında 10 oyunda meydanda olub.
Digər sürpriz seçim isə “Zirə”nin qapıçısı Aydın Bayramovdur. Premyer Liqa oyunlarında “qartallar”ın çərçivəsini qoruyan qolkiper son turlarda inamlı çıxışı ilə diqqət çəkmişdi. Ötən oyunlarçün heyətə dəvət alan Yusif İmanov son matçlarda “Sabah”la meydana çıxmadığı üçün bu dəfə siyahıdan kənarda qalıb.
Heyətə dəvət alan Emin Mahmudovun isə çağırılması birmənalı qarşılanmayıb. Belə ki, “Neftçi”də çıxış edən yarımmüdafiəçi son iki oyunda meydana çıxmayıb. Onun zədəli olduğu bildirilsə də, yeni məşqlərə başladığı qeyd edilib. Santuş Mahmudovun tibbi müayinədən keçdiyini və hazırda durumunun normal olduğunu söyləyib.
Müdafiə xəttində də seçimlər aşağı-yuxarı normaldır. Heyətlərində şans qazanan oyunçular milliyə cəlb edilib.
Azərbaycan yığması oktyabrın 11-də Estoniyanın qonağı olacaq, 14-də isə Bakıda Slovakiya ilə üz-üzə gələcək.
Kamil Əhməd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Aprel 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















