Saqqız çeynəmək dişlər üçün faydalıdır, yoxsa zərərli? Stomatoloq AÇIQLADI
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Bir çox insan üçün saqqız çeynəmək vərdişə çevrilib.
Bəs saqqız dişlərə necə təsir edir?
Redaktor.az-a danışan stomatoloq İdris Rəhimli bildirdi ki, saqqız çeynəmək düzgün və ölçülü istifadə edildikdə dişlər üçün həm müsbət, həm də mənfi təsir göstərə bilər:
"Şəkərsiz saqqızlar ağızda tüpürcək ifrazını artıraraq diş səthində qalan qida qalıqlarının təmizlənməsinə və turş mühitin neytrallaşmasına kömək edir. Xüsusilə yeməkdən sonra qısa müddət ərzində faydalı ola bilər. Lakin tərkibində şəkər olan saqqızlar kariyes riskini artırır. Eyni zamanda, saqqızın uzun müddət və tez-tez çeynənməsi çənə oynağında ağrıya, dişlərin həddindən artıq yüklənməsinə və plombu olan dişlərdə problemlərə səbəb ola bilər. Buna görə də tövsiyə olunur ki, yalnız şəkərsiz saqqızlardan istifadə edilsin və bu, vərdiş normanı aşmasın".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 16 Yanvar 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















