Saray sakinləri şikayətçidirlər: Bura dözülməzdir VIDEO
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Saray qəsəbəsində yerləşən Bəxtiyar Vahabzadə küçəsinin sakinləri ərazidə yolların yararsız vəziyyətdə olmasından narazıdırlar.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, şikayətçilər küçədə kanalizasiya xəttinin olmamasının xüsusilə yağışlı havalarda vəziyyəti daha da çətinləşdirdiyini deyirlər.
Sakin Ayəniz Kərimova bildirib ki, yolun vəziyyəti uşaqların məktəbə gedib-gəlməsində də ciddi çətinlik yaradır:
"Burada kanalizasiya xətti yoxdur. Yağış yağanda su dizə qədər qalxır. Üç nəvəm məktəbə gedir, əziyyət çəkirlər. Yola çıxanda bizə gülürlər ki, hansı kənddən gəlmisiniz?!"
Şikayətçilərin sözlərinə görə, yolun vəziyyəti nəqliyyatın hərəkətinə də maneə yaradır. Onlar bildirirlər ki, taksi sürücüləri yaranmış vəziyyətə görə ünvana gəlməkdən imtina edir, avtomobillər isə tez-tez yolda qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 Sentyabr 2026 07:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















