Icma.az
close
up
RU
Saray Sumqayıt marşrutunda avtobus skandalı “Karsan”lar xətdən çıxarıldı: Daşıyıcı şirkətdən AÇIQLAMA

Saray Sumqayıt marşrutunda avtobus skandalı “Karsan”lar xətdən çıxarıldı: Daşıyıcı şirkətdən AÇIQLAMA

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində yenilənmə sevinci uzun çəkməyib. Bir müddət əvvəl xəttə buraxılan müasir “Karsan” markalı avtobuslar “Tərlan” istiqamətində cəmi üç gün işlədikdən sonra qəfil xətdən çıxarılıb. Onların yerinə isə yenidən köhnə, texniki cəhətdən nasaz avtobuslar buraxılıb.

Sakinlərin Musavat.com-a verdiyi məlumata görə, “Karsan” avtobusları sərnişinlər tərəfindən böyük razılıqla qarşılanmışdı. Onlar həm komfort, həm də təhlükəsizlik baxımından əvvəlki avtobuslardan qat-qat üstün idi. Hazırda xəttə buraxılan avtobusların köhnə olduğu, tez-tez sıradan çıxdığı, sərnişinlərin təhlükəsizliyini risk altına qoyduğu bildirilir.

Sakinlər ümid edirlər ki, məsul qurumlar bu qərara aydınlıq gətirəcək və 522 nömrəli xəttdə yenidən rahat, təhlükəsiz və müasir avtobusların fəaliyyəti bərpa olunacaq.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a bildirildi ki, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində daşıyıcı tərəfindən hər hansı bir yenilənmə aparılmayıb:

“Sözügedən avtobuslar daşıyıcı tərəfindən müvəqqəti olaraq ərazi üzrə infrastruktur və digər uyğunluqla əlaqəli sınaqdan keçirilib. Tərəfimizdən daşıyıcıya avtobus parkının yenilənməsi və nizamlı sərnişindaşımanın həyata keçirilməsi ilə bağlı tapşırıq verilib”.

522 nömrəli marşrut xəttini avtobuslarla təmin edən “F. Rövşən İM” daşıyıcı şirkətin təsisçisi Mübariz Quliyev məsələ ilə bağlı Musavat.com-a danışdı:

“Biz avtobusları 3 gün sınaqdan keçirdik, hər şey qaydasındadır, “Tərlan” istiqamətində yaşayan Saray camaatını yeni avtobuslarla təmin etməyə hazırıq.

26 ilə yaxındır ki, 522 və 523 nömrəli marşrut xəttində xidmət göstəririk. İndi isə avtobuslarımızı yeniləmək istəyirik, bununla bağlı AYNA-ya müraciət etmişik, lakin hələ də müsbət cavab ala bilməmişik. Köhnə avtobuslarla yeniləri arasında 10 il fərq var. Yeni avtobuslar 2018, köhnələr isə 2016-cı ildə istehsal olunub. “Tərlan” istiqamətində 12-14 avtobusu xidmətə buraxmaq imkanımız var.

Sarayın digər istiqamətərini də avtobusla təmin edə bilərik, lakin həmin yollar bərbad vəziyyətdədir, təmirə ehtiyacı var, oradan marşrutun keçidi çox çətindir, tez bir zamanda sıadan çıxa bilər. “Tərlan” istiqamətində isə yol rahatdır deyə, avtobuslar asanlıqla keçdilər. 26 ildir ki, biz o istiqamətdə sərnişin daşıyırıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri