Sarı işığın mənasını bilməyən sürücü 2 avtomobili təhlükəyə saldı VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Mikayıl Useynov küçəsində ( “Dəniz Mall”un qarşısında) qayda pozan sürücülər qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 10-da saat 09:31 radələrində qeydə alınıb. Belə ki, öndə hərəkətdə olan avtomobilin sürücüsü yolayırıcında işıqforun yanıb-sönən sarı işığını qadağanecidi işıq kimi zənn edərək qəfil əyləci sıxıb. Bu zaman ondan arxada olan “KIA” markalı maşının sürücüsü ara məsafəsi düzgün təyin etmədiyi üçün təhlükəylə üz-üzə qalıb. Qəzanın qarşısını almaq üçün “KIA”nın sürücüsü sol zolağa anidən manevr edib. Nəticədə o, həmin zolaqda hərəkətdə olan maşına qəza şəraiti yaradıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü qəzadan xilas ola bilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 19 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















