Icma.az
close
up
RU
Sarı köynək, mavi qalstuk

Sarı köynək, mavi qalstuk

Icma.az, Ayna saytına istinadən bildirir.

O axşam proqrama Buça faciəsinin rəngi – al-qırmızı qan rəngi hakim idi… 

2022-nin mart ayının əvvəli idi. Rus işğalının başlamasından 10-15 gün keçmişdi. “Haber Global” kanalından zəng elədilər ki, axşam 4 saatlıq canlı yayıma dəvət edirik. Proqramın prodüserinə “Kimlər olacaq studiyada?” soruşduğumda biri sizin dostunuz Osman Qazi Kandemir Paşa, o biri de QU4TRO “Siyaset Stratejileri” başkanı Elif Dördüncü Aydemir. Elif xanımı qiyabi tanıyırdım. Sorbonn Universitetində xarici siyaset üzrə doktorluq yazmış bu qadının bəzi fikirlərini bəyənirdim. Amma Ukrayna məsələsinə münasibətini bilmirdim. Osman Paşaya zəng elədim ki, sən varsan deyə mən də gəlirəm…

Ukraynalı dostlarım türkcə bilməsələr də, bəzən “Haber Global” kanalını internetdən izləyir, ekran şəklimi çəkib mənə göndərirdilər. Həyat yoldaşım dedi ki, gəl dostlarına sürpriz edək, efirə geyinmək üçün Ukrayna bayrağının rənglərindən bir şeylər seçək. “Sarı köynəyim var, amma düz mavi qalstuku indi hardan tapım?” deyə soruşdum. Gedib nə vaxtsa Nuh əyyamından qalma bir qalstuk tapıb gətirdi. O qədər enli bir qalstuk idi ki, heç açıb taxmamışdım belə.

Doğru düşünmüşdü yoldaşım, ukraynalıları sevindirmək lazım idi. O axşam efirə sarı köynək, mavi qalstukla çıxdım. Efirdən əvvəl Elif xanımla tanış oldum, tez dostlaşdıq. 

Proqram başlayanda moderator sözü əvvəlcə Elif Aydemirə verdi. O da sağ olmuş, siyasəti kənara atıb başladı hərb sənətindən, quru hərəkatı ilə hava hücumu kimi spesifik şeylərdən danışmağa. Osman Paşa nəsə etiraz etməyə başladı və "Hocam, siz ən yaxşısı siyasət strategiyalarından danışın, topu-tüfəngi mənə buraxın" dedi. Ancaq Elif xanım durmadı, bu səfər də başladı atom bombasından, nüvə reaktorlarından danışmağa. Mən müdaxilə etdim bu dəfə, sözünü ehmalca kəsib dedim ki, bəlkə Budapeşt Memorandumundan danışaq. Mənə də qulaq vermədi.

Osman Paşa qarşımda əyləşmidi. Mənə göz-qaş elədi ki, telefonuna bax. Mesaj atmışdı: “Lütfen bir şeyler yap”. Anladım ki, küsüb gedəcək. Özümü toplayıb Elif xanımın sözünü bir də kəsdim, “Elif hanım, bilirsizmi dünyaya ədalət nə zaman gələcək?” deyə sual etdim və cavabını da gözləmədən “Türk xalqları atom silahına sahib olandan sonra” dedim…

Moderator Sinem Toluay Ilqaz proqramı reklama götürdü. Reklam fasiləsində Osman Paşa ilə Elif xanımı barışdırdım, türklərin deyimi ilə “İşi tatlıya bağladım”. Ancaq bir general-leytenantla bir politoloqu ortaq məxrəcə gətirmək bilsəniz nə qədər çətinliklə oldu…

Gecə 12-ni xeyli keçmiş kanaldan çıxıb evə gedirdim. Telefonumun səsi birdən qaranlığın səssizliyini dəldi. Uşaqlıq dostum içkili bir səslə “Ala, yekə oğlansan ala, televizora nöş “Fenerbağça” rəngləri ilə çıxırsan?” deyə məni azarladı (“Fener”in rəngləri sarı və mavi rənglərdədir).

Məni kimi “Galatasaray”lıdır sinif yoldaşım. Dedim ki, gələn dəfə “Cimbom”un rəngində – sarı və qırmızı rənglərdə çıxacam efirə. Bir həftə sonra hansısa bir kanala qırmızıya çalan bir pencəyin içinə həmin o sarı köynəyi geyinib çıxdım. O axşam proqrama Buça faciəsinin rəngi – al-qırmızı qan rəngi hakim idi… 

Bu gün – 24 avqust Ukraynanın Müstəqillik Günüdür.

“Слава Україні !!!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://ayna.az
archiveBu xəbər 24 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri