Icma.az
close
up
RU
Sarı köynək, mavi qalstuk

Sarı köynək, mavi qalstuk

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

2022-nin mart ayının əvvəli idi.

Rus işğalının başlamasından 10-15 gün keçmişdi.

Haber Global kanalından zəng elədilər ki, axşam 4 saatlıq canlı yayına dəvət edirik. Proqramın prodüserine “Kimlər olacaq studiyada?” sorduğumda biri sizin dostunuz Osman Gazi Kandemir Paşa, o biri de QU4TRO Siyaset Stratejileri Başkanı Elif Dördüncü Aydemir. Elif xanımı qiyabi tanıyırdım, Sorbonn universitetinde Xarici siyaset üzrə doktorluq yazmış bu qadının bəzi fikirlərini bəyənirdim. Amma Ukrayna məsələsinə münasibətini bilmirdim. Osman Paşaya zəng elədim ki, sən varsan deyə mən də gəlirəm…

Ukraynalı dostlarım türkcə bilməsələr də bəzən Haber Global kanalını internetdən izləyir, ekran şəklimi çəkib mənə göndərirdilər. Həyat yoldaşım dedi ki, gəl dostlarına sürpriz edək, efirə geyinmək üçün Ukrayna bayrağının rənglərindən bir şeylər seçək. “Sarı köynəyim var, amma düz mavi qalstuku indi hardan taplm?” deyə soruşdum. Gedib nə vaxtsa Nuh əyyamından qalma bir qalstuk tapıb gətirdi. O qədər enli bir qalstuq idi ki, heç açıb taxmamışdım belə.

Doğru düşünmüşdü yoldaşım, Ukraynalıları sevindirmək lazım idi. O axşam efirə sarı köynək, mavi qalstukla çıxdım. Efirdən əvvəl Elif hanımla tanış oldum, tez dostlaşdıq.

Proqram başlayanda moderator sözü əvvəlcə Elif Aydemirə verdi. O da sağ olmuş siyasəti kənara atıb başladı hərb sənətindən, quru hərəkatı ilə hava hücumu kimi spesifik şeylərdən danışmağa. Osman Paşa nəsə etiraz etməyə başladı və "Hocam, siz ən yaxşısı siyasət strategiyalarından danışın, topu-tüfəngi mənə buraxın" dedi. Ancaq Elif hanım durmadı, bu səfər də başladı atom bombasından, nüvə reaktorlarından danışmağa. Mən müdaxilə etdim bu dəfə, sözünü ehmalca kəsib dedim ki, bəlkə Budapeşt memorandumundan danışaq. Mənə də qulaq vermədi.

Osman Paşa qarşımda əyləşmidi. Mənə göz-qaş elədi ki, telefonuna bax. Mesaj atmışdı: “Lütfen bir şeyler yap”. Anladım ki, küsüb gedəcək. Özümü toplayıb Elif hanımın sözünü bir də kəsdim, “Elif hanım, bilirsizmi Dünyaya ədalət nə zaman gələcək?” deyə sual etdim və cavabını da gözləmədən “Türk xalqları Atom Silahına sahib olandan sonra” dedim…

Moderator Sinem Toluay Ilgaz proqramı reklama götürdü.

Reklam fasiləsində Osman Paşa ilə Elif hanımı barışdırdım, türklərin deyimi ilə “İşi tatlıya bağladım”. Ancaq bir general-leytenantla bir politoloqu ortaq məxrəcə gətirmək bilsəz nə qədər çətinliklə oldu…

Gecə 12-ni xeyli keçmiş kanaldan çıxıb evə gedirdim. Telefonumun səsi birdən qaranlığın səssizliyini dəldi. Uşaqlıq dostum içkili bir səslə “Ala, yekə oğlansan ala, televizora nöş Fenerbağça rəngləri ilə çıxırsan?” deyə məni azarladı (Fenerin rəngləri sarı və mavi rənglərdədir).

Məni kimi Galatasaraylıdır sinif yoldaşım. Dedim ki, gələn dəfə Cimbomun rəngində – sarı və qırmızı rənglərdə çıxacam efirə. Bir həftə sonra hansısa bir kanala qırmızıya çalan bir pencəyin içinə həmin o sarı köynəyi geyinib çıxdım. O axşam proqrama Buça faciəsinin rəngi – al qırmızı qan rəngi hakim idi…

Bu gün – 24 avqust Ukraynanın müstəqillik günüdür.

Слава Україні !!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri