Icma.az
close
up
RU
Aşıq Ələsgər irsi yeni kitabda “Sarı köynək”

Aşıq Ələsgər irsi yeni kitabda “Sarı köynək”

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

Ustad aşıq Dədə Ələsgərin yaradıcılığını əks etdirən yeniyetmələr üçün “Sarı köynək” adlı yeni kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitabda Aşıq Ələsgərin külliyatından seçmə əsərlər toplanıb.

Tədbirdə çıxış edən kitabı nəşrə hazırlayan Dədə Ələsgərin kötücəsi Aysel Zahidqızı “Sarı köynək” barədə məlumat verib. O diqqətə çatdırıb ki, kitab 12 yaşdan yuxarı məktəblilər üçün nəzərdə tutulan ilk xüsusi topludur. “Layihənin əsas məqsədi aşıq sənətini daha müasir tərtibatda kitab halında təqdim etməklə azyaşlı oxucularda bu sənətə maraq oyatmaqdır. Nəşrdə yer alan 13 müxtəlif bölmə istedadlı rəssam Orxan Qarayev tərəfindən hazırlanıb, bir-birindən maraqlı məna və obrazları əks etdirən rəsmlərlə tamamlanıb. Kitabın üz qabığı da mücərrəd üslubda hazırlanaraq Aşıq Ələsgərin şəxsiyyətini və yaradıcılığını simvolik şəkildə təcəssüm etdirir. Kitab “TEAS Press” nəşriyyat evinin “3 alma” uşaq ədəbiyyatı bölməsi tərəfindən nəşrə hazırlanıb və Türkiyədə çap olunub”,- deyə A.Zahidqızı əlavə edib.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi, kitabın “Ön söz” müəlliflərindən biri Xətai Ələsgərli qeyd edib ki, yeni nəşr məzmun və ideya baxımından seçilir və xüsusi dəyərə malikdir.

İctimai Birliyin də Aşıq Ələsgərin vəfatının 100 illiyi münasibətilə kitab hazırladığını vurğulayan X.Ələsgərli deyib: “Kitab nəşri məsuliyyətli və əhəmiyyətli prosesdir. Qarşıya qoyulan əsas məqsəd Aşıq Ələsgər irsinin gənc nəslə daha dolğun şəkildə çatdırılmasıdır. Bu kitab həmin istiqamətdə mühüm vasitə kimi çıxış edir. Aşıq Ələsgərin vəfatının 100 illiyi münasibətilə ona həsr olunan şeirlər toplusunun nəşri də bu missiyanın tərkib hissəsidir”.

Kitabın “Ön söz” müəlliflərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, “3 alma” uşaq ədəbiyyatının baş redaktoru Arzu Cəfərova və digər çıxışçılar kitab barədə fikirlərini bölüşüblər.

Tədbirdə aşıq sənətində məxsus musiqi nömrələri səsləndirilib.

Müxbir - Fidan Əlizadə

Fotoqraf - Azər İbrahimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri