Sarıcalı kəndində açılışı olan körpələr evi uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağdam rayonunun Sarıcalı kəndində açılışı olan körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək.
525.az “Report”a istinadən xəbər verir ki, kəndə edilən mediatur zamanı jurnalistlərə bildirilib ki, 100 yerlik körpələr evi-uşaq bağçasının ümumi ərazisi 1 hektara yaxın ərazini əhatə edir.
Media nümayəndələrinə məlumat verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabin bildirib ki, bina müasir standartlara uyğun inşa edilib.
Qeyd olunub ki, bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub, balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcəyi üçün bütün zəruri tədbirlər görülüb.
Bağçanın ərazisində uşaqların əylənməsi üçün inşa edilən meydança da müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalı kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 28 Mart 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















