Sarkozinin azadlığa buraxılması ilə bağlı müraciətinə baxılacaq
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Paris Apellyasiya Məhkəməsində Fransanın sabiq Prezidenti Nikola Sarkozinin həbsdən azad olunması ilə bağlı müraciətinə baxılacaq.
Bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Dinləmə açıq formatda keçiriləcək.
Prokurorluq Sarkozinin məhkəmə nəzarəti qaydasında azad edilməsini təklif edib. Əgər məhkəmə keçmiş prezidentin azadlığa buraxılmasına razılıq versə, o, elektron qolbaq taxmalı, pul girovu qoymalı və ya müntəzəm olaraq hakimiyyət orqanlarına gəlməli, eləcə də işin digər iştirakçıları ilə əlaqə saxlamamalı olacaq.
Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya lideri Müəmmar Qəddafinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı iş üzrə beş il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 10 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















