Icma.az
close
up
RU
Sarkozinin hiylələri Böyük Manipulyator

Sarkozinin hiylələri Böyük Manipulyator

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Əvvəlki yazı

Böyük Manipulyator

26-cı hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

SARKOZİNİN HİYLƏSİ HAQQINDA ŞAYİƏLƏR

Makron-Benalla skandalı məhz elə bu kontekstdə partlayır... və lap elə bu qalmaqalın birinci günündən Makronun çevrəsində qəribə söz-söhbət gəzməyə başlayır. Deyirlər ki, guya bu skandalın səbəbi olan Le Monde qəzetindəki məqalə Nikola Sarkozinin dövründə əks-kəşfiyyatın keçmiş rəhbəri olan Bernard Sqarçini tərəfindən sifariş verilib. Əslində, böyük əks-kəşfiyyatın keçmiş rəhbəri, bu misli görünməmiş skandalı qaldıran iki məqalə müəllifinin biri ilə qətiyyən yaxşı münasibətdə deyil. Jurnalist Arian Şömən vaxtilə ona xeyli məqalələr həsr edib, özü də bəzən çox kəskin və tənqidi məqalələr... “O məqalə çap olunandan az sonra mənə dedilər ki, guya o jurnalist qıza videonu mən göndərmişəm. Açığını deyim ki, bunu eşidəndə xeyli güldüm...”, – deyə Sqarçini əlini-əlinə vurub qəhqəhə çəkir. Bununla belə, bu söhbət prezidentin ətrafdakıların arasında çox müzakirə olunur, çünki heç kim inanmaq istəmir ki, Le Monde qəzetində gedən material yalnız iki jurnalistin özlərinin apardığı araşdırmanın nəticəsidir... O da düzdür ki, hakimiyyətdə komlot teoriyası həmişə hamının canına qorxu salıb. Siyasi liderlərin çoxunda paranoyyaya qarşı real meyl olur. Ancaq əvvəlcə, Yelisey sarayı bu məsələdə LFİ partiyasının fəallarından və anarxistlərin “qara bloklar” (black blocs) qrupunun üzvlərindən şübhələndi, çünki onlar ikisi də o başı bəlalı 1 May nümayişi zamanı, Parisin 5-ci rayonundakı Contrescarpe meydanında idilər. Tezliklə sosial şəbəkələrdə belə bir xəbər yayıldı ki, bəs Benalla çox yaxşı və cəsarətli bir cangüdəndir və bu mühafizəçi 1 May nümayişində “zalım” və “təhlükəli” nümayişçilərin qarşısında qəhrəmanlıq göstərib. Yelisey sarayının rəsmi silah gəzdirənləri, jurnalistlərin yazdıqlarını inkar etməyə risk etməsələr də, Sarkozinin bu işdə əli olduğuna da inanmırlar və onun haqqında gəzən söz-söhbətə fikir vermirlər. Lakin Makroniyada vəziyyət tamamilə başqadır. Şəxsi dairələrdə, eləcə də dövlət başçısının yaxın çevrəsində olan adamlar, prezidentə qarşı komlot hipotezini dəstəkləyirlər. Avqust ayı ərzində Jil Lö Jandr və Rişar Ferran bütün günahları Sarkozinin üstünə atmaqdan çəkinmirlər. Özü də onlar tək deyil. Yelisey sarayında Emmanuel Makron bütün şayiələrdən xəbərdardır. Yayın axırında o, dostları və məsləhətçiləri tərəfindən göndərilən bir xəbərçini şəxsən öz kabinetində qəbul edir. Bu sonuncu Emmanuel Makrona xəbər verir ki, Nikola Sarkozi Daxili İşlər Nazirliyindəki şəbəkəsi vasitəsilə Aleksandr Benallanı Parisin 5-ci rayonunda yerləşən Contrescarpe meydanında tələyə salıb. İşə bax ha! Deməli, belə çıxır ki, hər şey əvvəlcədən ölçülüb-biçilib ki, prezidentin kölgədə olan məsləhətçisi əsəbiləşib özündən çıxsın və polis prefekturasının, turistlərin qaynaşdığı bu meydanda quraşdırılmış kameralarının qarşısında iki nümayişçini dəyənəklə döysün. Ancaq ortaya məntiqi bir sual çıxır: axı Sarkozinin Aleksandr Benallaya bu şəkildə tələ qurub ona belə hücum etməyində məqsədi nədir? Komlot nəzəriyyəsinin tərəfdarlarının fikrincə, bu skandalı qaldırmaqda məqsəd dövlət başçısını zəiflətməkdir. Niyə ancaq indi bəs? Talenin ironiyasına bax ki, elə həmin ərəfələrdə Fransız hakimi Serj Turner tərəfindən verilən mandat əsasında, Londonda həbs olunan Aleksandr Djurinin Fransaya transfer olunması müzakirə edilir. Dekabrda verilən bu mandata görə bu iş adamı (Aleksandr Djuri) “yalan və saxtakarlıqdan istifadədə, aktiv daxili korrupsiyada, aktiv xarici korrupsiyada, qohumpərəstlikdə, çirkli pulların yuyulmasında, dövlət vəsaitlərinin mənimsənilməsində və vergi ödənişində saxtakarlıqda ittiham edilir”.

Otuz ildən bəri beynəlxalq müqavilələrdə vasitəçilik edən Djurinin çox sirlərdən xəbəri var. Ona görə də nə solçular partiyasından, nə də sağçılar partiyasından heç kim onun məhkəməyə düşməsini, müstəntiqlər tərəfi ndən dindirilməsini istəmir. 2017-ci ilin iyunundan İnterpol vasitəsilə ona (Aleksandr Djuri) qarşı cinayət işi açılıb və Fransız məhkəməsi tərəfindən beynəlxalq axtarışa verilib. Bax elə buna görə də Djuriyə cinayət işi açılandan altı ay sonra, heç nə olmamış kimi onun Əlcəzairdəki Fransa səfirliyində, Fransa prezidentinin qarşısında peyda olması skandal doğurdu. Səfirlikdəki o qəbuldan bir neçə gün sonra Fransa respublikasının hakimi Turner tərəfindən onun bütün Avropa ölkələrində həbs olunması ilə bağlı mandat verilir. Beynəlxalq axtarış mandatından fərqli olaraq Avropa ölkələrindəki həbs qərarı şəxsən bir hakim tərəfindən verilir. Bu kiminsə başqa bir Avropa ölkəsindən Fransaya klassik transfer xahişi deyil ki, onu kanslerlər həll etsinlər. Bu dəfə cənab Djurinin haqqında Britaniyada ingilis hakimləri qərar verməlidirlər. Britaniya məhkəməsində gedən bir prosesə, Fransanın siyasi hakimiyyət orqanları necə müdaxilə edə bilərlər?

2018-ci ilin yayından təxirə salınan bu iş artıq Britaniya ədalətinin əlindədir. Onların birinci qərarı 2019-cu ilin fevral ayının sonunda verilir: İngilis hakimləri Djurinin Fransaya transferini qəbul edirlər. Müttəhim apelyasiya məhkəməsinə müraciət edir. Nikola Sarkozidən səs çıxmır. “O elə bil ki, nəsə gözləyirdi. Bizə dedi ki, hər ehtimala qarşı hər şeyə hazır olun”, – deyə Sarkozinin keçmiş həmkarlarından biri etiraf edir. Yayda Benalla skandalı başlayanda, o (Sarkozi) yalnız bu sözləri dedi: “Bu işin axırı pis qurtaracaq!”. 2018-ci ilin sentyabrında Fransada siyasi mühit içində pıqqapıqla su qaynayan böyük bir qazana bənzəyir. Daxili İşlər naziri Jerard Kollombun istefası hamını təəccübləndirir – indi onun yerinə başqa bir adam lazımdır. Kim? Kim olacaq Daxili İşlər naziri? Sağçılar partiyasında, Sarkoziyə sadiq olan Frederik Peşenardın nazir təyin olunması üçün, sözün əsl mənasında, kampaniya başlayır. Sosialist partiyasından olan, ancaq Makronu dəstəkləyən bir deputat sağçıların namizədinə ağız büzür: “Bizi xalq ona görə seçməyib ki, Sarkozinin dostlarını yüksək vəzifələrə gətirək...”.

Ancaq buna baxmayaraq, prezident Makron və Baş nazir Eduard Filip, Frederik Peşenardı Yelisey sarayında qəbul edirlər. Keçmiş polis prezidentin və Baş nazirin qarşısında bir sıra şərtlər qoyur. O istəyir ki, Daxili İşlər naziri olanda, dövlət adamı kimi onun hüquqları olsun və ona tam sərbəstlik verilsin. Sonra Peşenard tələb edir ki, ona polisdən başqa jandarm üzərində də tam səlahiyyət verilsin. Yeni hökumətin prezident tərəfindən təyin olunmasından bir gün əvvəl, ölkənin yuxarı siyasi dairələrində hamı elə bilir ki, Frederik Peşenard Daxili İşlər naziri təyin olunacaq. “Hə, axır ki, istədiyimizə nail olduq...”, – deyə Sarkozi yaxın dostlarının yanında özündənrazı halda əllərini bir-birinə sürtür. Ancaq reallıqda məsələ tam başqadır. Makron Baş naziri ilə birlikdə, digər namizədləri də qəbul edib. Məsələn, prezidentin şəxsən yüksək qiymətləndirdiyi Hollandın vaxtında Yelisey sarayının baş katibinin müavini olmuş Nikola Revel. Ancaq bu məmur Daxili İşlər naziri olmaqdan imtina edir. Prezident başqa nazirlikləri də yaddan çıxarmır, nazirlər kabinetini tamamilə təzələməkdən ötəri İqtisadiyyat nazirliyinə Florans Parlini təyin etməyi planlaşdırır ki, onun apardığı iqtisadi siyasətinə daha çox “solçu” rəngi qatsın. (Florans Parli solçular partiyasındadır) Lakin Baş nazir Eduard Filip prezidentin bu təklifini rədd edir. Çünki çox yaxşı bilir ki, Florans Parli İqtisadiyyat naziri olsa, öz bildiyini edəcək və nazirlikdə bir Baş nazir kimi onun sözü keçməyəcək. Bir tərəfdən də Rişar Ferran ilə Fransua Bayru nə Sarkozinin təklif etdiyi Jerard Darmananın, nə də Peşenardın Daxili İşlər naziri təyin olunmaqlarını istəmirlər... “Bu o demək olacaq ki, Sarkozi yenidən hakimiyyətə qayıdıb”, – deyə onlar bir ağızdan narazılıqlarını bildirirlər.

Nəhayət, dövlət başçısına yaxın bir adam Kristof Kastaner Daxili İşlər naziri təyin olunur, özü də Loran Nünezin müşayiəti ilə. Bu sonuncu nazirliyə dövlət katibi kimi göndərilsə də, onun əlində hələ ki, böyük ixtiyar yoxdur. Çünki onun nə öz komandası var, nə də fərman verməyə icazəsi. Nazirlikdəki hər şey yeni kabinet direktoru, prefekt, Emmanuel Makronun yaxın dostu, 2017-ci ilin yayında onu Marsel şəhərindəki iqamətgahında qəbul edən Stefan Buyyonun əlindədir. Bu sonuncu da yekdilliklə həm sağçılar, həm də solçular tərəfindən dəstəklənir. O, Mişel Rokard (1988-1991 illərdə Baş nazir) Lionel Jospa (1997-2002 illərdə Baş nazir), Fransua Fiyyon (2007-2012 illərdə Baş nazir) kimi Baş nazirlərin kabinetində çalışıb, hətta Klod Qeant Daxili İşlər naziri olanda, onun kabinet direktoru olub. Stefan Buyyonun yenidən Daxili İşlər Nazirliyinə qayıtması, burada çoxdan lövbər atıb keçmiş sosialistlərin, eləcə də Sarkozinin şəbəkəsinin ürəyincə olur. 2019-cu ilin mart ayını gözləmək lazım gələcək ki, sarı jiletlilərin ölkədə qalmaqal saldıqları dövrdə Paris polisinin prefekti Mişel Delpüş vəzifəsindən azad edilsin. Bu da Benalla məsələsindən sonra Makronun Parisin polis prefekturasını öz nəzarəti altına almağın başqa bir yoludur. 

Ardı var...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see450

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see332

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see290

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see285

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see278

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see248

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see227

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see222

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see206

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see202

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see200

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see198

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see191

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see183

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see172

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see169

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see166

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see162

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see154

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri