Icma.az
close
up
RU
Nikola Sarkozinin azadlığa buraxılması barədə qərar verilib

Nikola Sarkozinin azadlığa buraxılması barədə qərar verilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 10 noyabr, AZƏRTAC

Fransanın sabiq Prezidenti Nikola Sarkozi Liviya maliyyələşdirmə işi çərçivəsində aldığı 5 il həbs cəzası ilə əlaqədar oktyabrın 21-dən Parisdəki “La Santé” həbsxanasında saxlanılırdı. Lakin bu gün Paris Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması barədə qərar qəbul edib. Məlumata görə, Sarkozi gün ərzində azadlığa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Nikola Sarkozi 70 yaşındadır və o, 25 sentyabr tarixində “cinayətkar dəstə ilə əlbir olmaq” ittihamı üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. Hökm verdikdən sonra dərhal həbsxanaya yerləşdirilməsi və hökmün dərhal icrası Fransada sabiq dövlət başçısı üçün tarixi presedent yaradıb. Bu qərar Fransada böyük ictimai və siyasi mübahisələrə səbəb olub.

N.Sarkozi hökmə etiraz olaraq apellyasiya şikayəti verib və iş yenidən baxılana qədər müvəqqəti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Cəmi 20 gün sonra məhkəmə onun xeyrinə qərar verib.

Məhkəmə iclası bu gün səhər saat 09:30-da baş tutub. N.Sarkozi məhkəməyə “La Santé” həbsxanasından videobağlantı vasitəsilə qoşulub. Daha sonra saat 13:30 radələrində Paris Apellyasiya Məhkəməsi onun müvəqqəti azadlığa buraxılması barədə qərarını açıqlayıb.

Fransa mediasının məlumatına görə, Sarkozi məhkəmə nəzarəti (kontrol judiciaire) altında azadlığa buraxılacaq. Bu, o deməkdir ki, o, azad olsa da, müəyyən hüquqi və davranış məhdudiyyətlərinə tabe olacaq.

Maraqlıdır ki, Fransa Baş Prokurorluğu da bu gün səhər keçirilən iclasda Sarkozinin azadlığa buraxılmasını dəstəkləyib. Prokurorluq hesab edib ki, onun azadlıqda qalması nə istintaqa, nə də ədalət prosesinə mane olmayacaq.

Beləliklə, Fransanın sabiq Prezidenti N.Sarkozi 20 günlük həbsdən sonra azadlığa çıxır. Onun apellyasiya prosesi növbəti aylarda keçiriləcək. Bu hadisə Fransa siyasi tarixində ilk dəfə keçmiş prezidentin faktiki olaraq həbsdə olması və sonradan şərti azadlığa buraxılması kimi yadda qalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri