Icma.az
close
up
RU
Saşa Yunisoğlu: Şərhlərdə yazacaqlar ki, guya siz neyləmisiz?

Saşa Yunisoğlu: Şərhlərdə yazacaqlar ki, guya siz neyləmisiz?

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib. 
- Yığmamız iki yoldaşlıq matçında qüvvəsini sınayacaq. Haiti və Belarusla oyunlar üçün çağrılan heyəti necə dəyərləndirirsən?
- Ümumiyyətlə, bizdə legioner limiti var. Azərbaycanlılar klublarında az oynayırlar. Bir-iki nəfər istisna olmaqla, təbii ki, futbolçuları sən saya bilərsən, mən saya bilərəm. Hazırkı heyət mənin üçün yaxşı ola bilər, sənin üçün pis. Amma normal olaraq ən güclüləri çağırırlar. 
- Rüfət Abdullazadənin heyətə dəvət almaması müzakirələrə səbəb oldu. Səncə, bu, doğru qərar idi?
- Açığı, sonuncu pillədə qərarlaşan komandadan oyunçu çağrılması doğru qərar olmazdı. Düzdür, I Liqadan futbolçu dəvət alıb. Amma bu, onunla bir deyil. Rüfətin yer söhbətinə görə çağrılmadığını düşünürəm. Bəlkə də ilkin heyətdə adı yer almışdı, lakin sonradan çağrılmadı. Belə şeylər bizim vaxtımızda da olurdu. Geniş heyət seçilirdi, daha sonra ordan bir neçə nəfər çıxarılırdı. Baş məşqçi bəlkə düşünüb ki, bu futbolçu milliyə hazırkı vəziyyədə kömək edə bilməz. Keçirəcəyimiz matçlar rəsmi oyunlar deyil. Bəlkə elə adlar var ki, baş məşqçi onlara baxmaq istəyir. Rüfət Abdullazadə pis oyunçu deyil. Onun daha uğurlu futbolçu olacağını düşünürəm. 


- Fernandu Santuş barədə düşüncələrin necədir? Onunla uğur qazanmaq nə dərəcə realdır?
- Təbii ki, nəticələr heç birimizi qane etmir. Hamı milli komandadan yalnız qələbə gözləyir. Amma məşqçi kimi mən Fernando Santuşun iş prinsipini bəyənirəm. Mütəxəssis dünya arenasında sözünü demiş bir insandır. Millimizlə uğur qazana biləcək bir baş məşqçi gətirmişik. Düşünürəm ki, keçmişdə uğur qazanmış şəxslər bizim heyətə rəhbərlik etməlidir. Onlar bizim uşaqlara qalibiyyətin, nailiyyətin necə çətin və bir o qədər də xoşbəxt bir hiss olduğunu aşılamalıdır. Santuşun iş prinsipində ən sevdiyim məqam onun I Liqa oyunlarını canlı olaraq izləməsidir. Bu addımı yalnızca alqışlayıram. Demək olar ki, bütün oyunlara köməkçiləri ilə birgə baxır və analiz edir. 
- Onun mümkün istefasında yığmaya namizədin kimdir?
- Namizədlərimin adlarını demək istəmirəm, çünki qorxuram ki, kimisə yaddan çıxararam. Premyer Liqada çıxış edən 8 klubun 6-na azərbaycanlı baş məşqçilər rəhbərlik edir. Düşünürəm ki, onların hər birinin milli komandanı idarə etmək potensialı var. İşsiz qalanların belə bu şansı dəyərləndirə biləcəklərini düşünürəm. Amma bu, AFFA-nın qərarıdır və biz reallıqla razılaşmalıyıq. AFFA da istəyir ki, Azərbaycan futbolu inkişaf etsin, yaxşı nəticələr əldə edilsin. Mən “Sabah”da məşqçi kimi oyunçuları inkişaf etdirib, milli komanda səviyyəsinə gətirməliyəm. Siz jurnalistlər də milli komandanın yanında olmalı və dəstək göstərməlisiz. Biz birlikdə milliyə dəstək olmalıyıq. 

- Haiti yığması ilə qarşılaşacağıq. Birdən-birə Karib hövzəsindən rəqib tapmaq sənə də qəribə gəlmədi?
- Reytinqə nəzər salsaq, Haiti bizdən yuxarıdadır. Milli komanda ölkənin güzgüsüdür. Özbəkistan Asiya çempionatında oynayır. Top klublar əsasən Avropa, Asiya və s. kimi çempionatlarda yaxşı yerlər tutan heyətlərdən oyunçular seçirlər. Avropa futbolu Asiyadan daha güclüdür. Bizim keyfiyyətimiz hazırda yetərincə deyil. Millimiz Avropada yox, Asiyada çıxış etsəydi, bəlkə də Dünya çempionatında iştirak edə bilərdik. Haiti Avropada oyunlara çıxsaydı, bizdən aşağı pillələrdə yer alardı. Məncə, uyğun rəqibik. Bizim uşaqlara bu dəqiqə oyun keçirmək lazımdır. Gərək qalib gələk ki, oyunçularda motivasiya yaransın. Seçmə mərhələyə qədər bu cür komandalarla keçirəcəyimiz görüşlər və əldə edəcəyimiz qalibiyyətlər bizim üçün çox yaxşı effekt verə bilər. 

- Səncə, hansı milli daha güclüdür, sizin dövrünüzdəki, yoxsa indiki?
- Həmişə mənim kimi veteran futbolçulara bu sual yönləndirilir. Təbii ki, mənim oynadığım dövrdəki milli daha güclü idi. Şərh bölməsində yazacaqlar ki, guya siz neyləmisiz? Burdan onlara deyirəm ki, heç olmasa, biz dolu tribunalar qarşısında oynayırdıq. Azarkeşlər bizə görə yox, əzmkarlığımıza görə stadionlara gəlir, oyunları izləyirdilər. Amma hazırkı futbolçular elə bil matçları “yola verməyə” gəlirlər. Çox qeyri-ciddi yanaşırlar. Bizim vaxtımızda məğlub olsaq belə, soyunub-geyinmə otağında bizi alqışlayırdılar ki, “halal olsun”. Neçə oyun olub ki, mən, Rəşad Sadıqov, Samir Abasov üst-başımız qanın içində meydanı tərk etmişik. Biz futbolu azarkeşlərə görə oynayırdıq. Əgər insanlar stadiona gəlmirlərsə, deməli problem var. Mənim sonuncu dəfə “Dalğa Arena”da qırmızı kart aldığım oyunda da bütün stadion dolu idi. Uduzuruqsa, “kişi kimi” uduzaq. Bunu demək çətindir. 

- Öz karyeranla bağlı nə deyə bilərsən? Premyer Liqa klubu çalışdırmağa hazırsan?
- Hazırda “Sabah”dayam və burada olmaqdan çox məmnunam. Bu klubun gələcəyi üçün əlimdən gələni etməyə çalışıram. Artıq əvəzedicilər komandasında 2-ci dövrümü keçirirəm və xorvat mütəxəssis Adino Mustedanaqiçdən çox şey öyrənmişəm. Özümü tam hazır hiss edirəm. Premyer Liqada çıxış edən komandalara rəhbərlik edə biləcəyimi düşünürəm. Bu, hər bir mütəxəssisin xəyalıdır. Baş məşqçi qarşısına çıxa biləcək hər bir problemə hazır olmalıdır. Bu normal bir haldır.

Millimizin baş məşqçisi Emre Belözoğlu ilə görüş keçirib Qyoko Haciyevski : “Neftçi”nin adı Azərbaycan futbolunda böyük addır" Yığmamızdan böyükhesablı məğlubiyyət Millimiz yenə qələbə qazana bilmədi Yarımfinal mərhələsinin cavab matçlarının tarixi bəlli oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Mart 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri