Icma.az
close
up
RU
Saşa Yunisoğlu: Rəqiblər bizimlə oyunlarda sevinirlər ki, nəticə göstərə bilərlər

Saşa Yunisoğlu: Rəqiblər bizimlə oyunlarda sevinirlər ki, nəticə göstərə bilərlər

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının veteran müdafiəçisi Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi 3 gün öncə Latviya ilə görüşdə qələbə qazana bilmədi. Səncə, nəyə görə bu matçda qalibiyyət alınmadı? 
- Rəqibdən asılı olmayaraq azarkeşlər millimizdən qələbə gözləyir. Bu da normaldır. Bu oyunda da hamı düşünürdü ki, millimiz bu dəfə qalib gəlib bizi sevindirəcək. Amma yenə alınmadı. Düzünü desək, Latviyadan üstün oynadıq, qol imkanlarımız da alındı, sadəcə qola çevirə bilmədilər. Düşünürəm ki, futbolçular ağır mövsümdən sonra artıq yorulublar. Çünki bəzi futbolçular ilboyu 50-yə yaxın oyun keçiriblər. Mövsüm bitdi və klublar istirahətdədirlər, amma bu oyunçular əhəmiyyətsiz oyunlara çıxırlar. Məncə, bu suala cavab sadədir, səbəb yorğunluğun və futbolçuların tətilə getmək istəməsinin nəticəsidir.  

- Ümumiyyətlə, Azərbaycan artıq özündən üst pillələr bir yana, FIFA reytinqində aşağıda olan rəqiblərə də qalib gələ bilmir. Bunu nə ilə əlaqələndirirsən? 
- Səviyyəmiz get-gedə düşür. Artıq reytinqdə bizdən aşağıda olan komandalar da bizimlə oyunlarda sevinirlər ki, nəticə göstərə bilərlər. Dünyada futbol inkişaf edir, ancaq təkcə biz yerimizdə yeriyirik. Buna səbəblər çoxdur və hamı bilir ki, Azərbaycan futbolunun problemləri nədir. Təəssüflər olsun ki, bu problemləri aradan qaldırmağa indi-indi başlamaq istəyirik və açığı desək, çox gecikirik. Birinci və ən böyük problem infrastrukturdur. Əgər Premyer Liqa klubları məşq üçün meydança tapa bilmirlərsə, təsəvvür edin, uşaq futbolunda nələr baş verir. İkinci və digər problemlərdən isə birinci məsələ həllini tapdıqdan sonra müzakirə etmək olar. İnanıram ki, yaxın zamanda sürətlə inkişafa doğru gedəcəyik. 

- Fernandu Santuş Azərbaycan millisinə hansısa xeyir verməyi bacarıb? Onun nəsə edəcəyini gözləməyə dəyər, yoxsa onunla yollar ayrılmalıdır? 
- Açığı, məhz bu inkişaf mərhələsində Fernandu Santuşun bizim futbola heç bir xeyir verəcəyini düşünmürəm. Santuş kimi məşqçiləri inkişafın axırıncı məqamında bütün istiqamətlərdə hazır olan milliyə gətirmək olar. Yəni, ölkənin güclü çempionatı, hazır infrastrukturu olsun, uşaq futbolu lazım olan səviyyəyə çatsın və an azından 20 azərbaycanlı futbolçu legioner həyatı yaşasın... Albaniya, Türkiyə 1-ci Liqası, Estoniya kimi çempionatları demirəm. Ancaq belə olan halda, xarici, tanınmış məşqçi futbolumuza xeyir verə bilər. Hazırda daha məqsədəuyğun olan millidə yerli məşqçinin işləməsidir.

- Azərbaycan millisi bu cür nəticələr və effektsiz oyunla hara qədər gedə bilər? Daha pis günlər millimizi gözləyir? 
- Bundan pis olacağını düşünmürəm. Amma yuxarıda dediyim məqamlar düzəlməsə, millimizdən yaxşı nəticə gözləyə bilmərik. Çünki futbolçuların səviyyəsi buna imkan verməyəcək. 

- Yığma komandamız bu gün Macarıstanla qarşılaşacaq. Yəqin ki, həmin görüşdə də uğurlu nəticə gözləməyə dəyməz? 
- Yenə də, həmişəki kimi qələbə gözləyirik, bu təbii haldır. Amma reallıq onu göstərir ki, qalibiyyət çətin olacaq. Çünki Macarıstan millisi çox yaxşı komandadır. Ümid edək ki, Macarıstan futbolçuları da ağır mövsümdən sonra səfər oyuna həvəssiz  gəlsinlər. 

- Millimiz uğursuz nəticələrlə, oyunla Fransaya qarşı nə edəcək? 
- Fransa haqqında nəsə danışmaq yersizdir. Çox istəyərdim ki, millimiz Fransaya qarşı layiqli oyun göstərsin. Bu futboldur, hər şey ola bilər. Millimizə uğurlar arzu edirəm.

AFFA U-13 Qızlar Liqasının qalibləri mükafatlandırılıblar U-17 yığmamız Gürcüstanla yoxlama oyunu keçirəcək Günün canlı yayımlanacaq matçları Azərbaycan millisi macarlara qarşı - YENİLƏNİR Premyer Liqa klubunda növbəti ayrılıq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri