Icma.az
close
up
RU
Saşa Yunisoğlu: “Futbolumuzun fundamentində dəyişiliklər olmalıdır” MÜSAHİBƏ

Saşa Yunisoğlu: “Futbolumuzun fundamentində dəyişiliklər olmalıdır” MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Həmin oyundan 30 il keçib. O vaxtdan bu yana futbol çox dəyişib”.

Bunu Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan milli komandasının baş məşqçi postu Ayxan Abbasova təhvil verildi. Ukrayna ilə heç-heçədən sonra bu cür təyinat olacağını ehtimal edirdin?

– Önəmli odur ki, millimiz yerli məşqçiyə tapşırıldı. Düşünürəm ki, indiki məqamda xarici məşqçi millimizə heç bir xeyir verə bilməyəcəkdi. Ukrayna ilə oyundan sonra Ayxan Abbasovun millimizin baş məşqçi postunda qalacağına əmin idim.

– Abbasov millidə uğurlu ola biləcək? Təbii ki, qısa zamanda nəsə etmək çətindir, uzunmüddətli müqavilə olduğunu ehtimal etsək, daha bərk, daha güclü komanda yarada biləcək?

– Ukrayna ilə oyun göstərdi ki, millimizdə yerli məşqçi effektli işləyir. Bu, çox aspektdən irəli gəlir. Birinci və ən önəmlisi də, mentalitetdir. Millimizin səviyyə baxımından Avropanın bir çox komandasından geri qalır. Bu cür ağır oyunları daha çox ciddi motivasiya, yanaşma və milli ruhun gücü ilə çıxara bilərik. Heç bir xarici məşqçi bizim millimizə bunu verə bilməz. Ayxan Abbasovu millinin baş məşqçi postuna gətirmişiksə, təbii ki, ona güvənib, uzunmüddətli plan qurmaq lazımdır.

– Milliyə dəvət edilənlər arasında klublarında oynamayanlar da az deyil. Mahir Emreli artıq 5 turdur ki, “Kayzerslautern”in heyətində meydana buraxılmır. Oyun praktikası aşağı olan futbolçunun milliyə xeyir verməsi inandırıcıdır?

– Bəli, elə oyunçular var və bu millimiz üçün yaxşı hal deyil. Əgər oyunçu öz klubunda oynamırsa, düşünmürəm ki, həmin futbolçu milliyə 100 faiz xeyir verə bilsin. Amma digər tərəfdən baxanda, Ayxan Abbasovu da qınamaq olmur. Seçim o qədər də geniş deyil. Bəziləri klublarda oynamasalar belə, daimi oynayanlardan yaxşıdır. Məncə, milliyə ən yaxşılar yığılıb. Mahir Emrelinin özünü deyə bilərəm. O, Almaniya 2-ci Bundesliqasının oyunçusudur, Azərbaycanın ən yaxşı futbolçularından biridir. Son vaxtlar “Kayzerslautern”də oynamaması yaxşı deyil. Lakin Mahir peşəkardır və öz təcrübəsi, keyfiyyətləri ilə millimizə kömək edəcəyini düşünürəm.

– Azərbaycan milli komandasını qarşıda Fransa ilə oyun gözləyir. Bu görüşün afişasını düşünəndə, çoxlarının gözünüzün qarşısına 1995-ci ildəki Fransa-Azərbaycan (10:0) görüşü canlanır. Bu dəfə böyükhesablı məğlubiyyətin təkrarlanmaması üçün millimizin gücü var? Səncə, indiki millimiz 0:10 uduzan yığmamızdan daha güclü görünür?

– Həmin oyundan 30 il keçib. O vaxtdan bu yana futbol çox dəyişib. Düşünürəm ki, bu qədər keçmişə baxaraq nəyisə müqayisə etməkdənsə, irəli baxıb gələcəyi düşünməliyik. Futbolumuzun problemləri böyükdür. Millimiz də bu problemləri özündə əks etdirir. Azərbaycan yığmasındakı problemləri aradan qaldırmaq, hər şeyi düzəltmək üçün futbolumuzun fundamentində dəyişiliklər olmalıdır. Fundament isə infrastruktur və uşaq futboludur.

– Azərbaycan millisi bu tsikldə artıq bir xalı toplayıb. Fransa, Ukrayna və İslandiya ilə görüşlərdən xal götürməyimiz mümkündür, yoxsa qrupu elə bir xalla başa vuracağıq? Yəqin ki, Ayxan Abbasovun qarşısındakı əsas hədəf Millətlər Liqasında D divizionundan millini C divizionuna çıxarmaq olar?

– Məncə, bu qrupdakı son 4 oyunu Millətlər Liqasına hazırlıq kimi dəyərləndirmək lazımdır. Çünki real baxdıqda, bu oyunlarda artıq bizim qrupdan çıxmaq şansımız yoxdur. Xal qazanmağımız da inandırıcı görünmür. Amma Millətlər Liqasının D divizionunda bu səviyyəli rəqiblərə qarşı oynamayacağıq. Bu oyunlardan özümüz üçün maksimum xeyir götürməliyik ki, ML-də D divizionunun qalibi kimi C divizionuna geri qayıdaq. Millimizə və Ayxan Abbasova uğurlar arzu edirəm.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see179

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see158

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri