Icma.az
close
up
RU
Satdığı maşını geri almaq üçün 480 min ödəməli oldu

Satdığı maşını geri almaq üçün 480 min ödəməli oldu

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Malatya vilayətinin Kale rayonuna bağlı Kumyazı məhəlləsində yaşayan Nəcməddin Temur inanılmaz dələduzluğun qurbanı olub.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Temur özünə məxsus yüngül yük avtomobilini 1 milyon lirəyə internet üzərindən satışa çıxarıb. Qısa müddət sonra Konya şəhərindən zəng edən və özünü müəllim kimi təqdim edən bir şəxslə razılığa gəlib. Alıcı saxta bank köçürmə sənədi (dekont) təqdim edərək notariusda avtomobilin adını üzərinə keçirib.
Satış əməliyyatı tamamlandıqdan sonra Temurun hesabına pul köçmədiyi üçün o, aldadıldığını anlayıb və avtomobili təhvil vermədən polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, avtomobil üçüncü bir şəxsə 480 min lirəyə satılıb.
Prokurorluğun qərarına əsasən, notarius üzərindən rəsmi şəkildə alqı-satqı aparıldığı üçün avtomobilin yeni alıcısı qanuni sahib sayılıb. Bu səbəbdən Nəcməddin Temur avtomobilini geri ala bilmək üçün 480 min lirə ödəməli olub.
Temur bildirib ki, notarius, vəkil və digər xərclərlə birlikdə ümumilikdə təxminən 600 min lirə zərərə düşüb və hadisəni törədən şəxslərdən rəsmi şəkildə şikayətçi olub.
Hadisə ilə bağlı açıqlama verən Temur deyib:
"Avtomobilimi satışa qoymuşdum. Qısa müddət sonra özünü müəllim kimi təqdim edən bir nəfər övladımla əlaqə saxladı. Müəllim olduğunu deyərək endirim istədi. Biz də etibar edib 30 min lirə endirim etdik və 1 milyon lirə üzərində razılaşdıq. Sonradan məlum oldu ki, avtomobili 480 min lirəyə başqa şəxsə satıblar. Vəkil, notarius və digər xərclərlə birlikdə 600 min lirə zərərə düşdüm. Dələduzların ələ keçirilməsini istəyirəm."(Sonxeber.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri