Satıcı məhsulu hansı qiymətə satmağa borcludur? VƏKİL DANIŞDI
Sia Az saytına istinadən Icma.az xəbər verir.
"Mağazada məhsulun vitrində və ya rəfdə göstərilən qiyməti ilə kassada tələb olunan qiymət fərqli olarsa, qanunvericilik birbaşa istehlakçının hüquqlarını qoruyur".
Bu sözləri SİA-ya açıqlamasında vəkil Cavanşir Qasımzadə deyib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə satıcı məhsulu alıcıya rəfdə göstərilən daha ucuz qiymətə satmalıdır: "Çünki rəfdə yerləşdirilən qiymət etiketi rəsmi təklif hesab olunur və mağaza həmin məhsulu elan etdiyi qiymətlə satmağa borcludur.
Alıcı qanuni olaraq kassada tələb olunan daha yüksək qiyməti ödəməkdən imtina edə, məhsulun rəfdə göstərilən qiymətlə rəsmiləşdirilməsini tələb edə bilər. Əgər artıq ödəniş edilibsə, alıcı qiymətlər arasındakı fərqin ona nağd şəkildə geri qaytarılmasını tələb etmək hüququna malikdir.
Mağaza rəhbərliyi bu qanuni tələbi yerinə yetirməkdən imtina edərsə, alıcı vəziyyəti sübut etmək üçün rəfdəki qiymət etiketinin və kassa çekinin şəklini çəkməlidir.
Qiymət uyğunsuzluğu ilə bağlı qanun pozuntularına qarşı tədbir görülməsi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmək mümkündür. İstehlakçılar bununla bağlı qurumun qaynar xəttinə zəng edə, elektron qaydada və ya yazılı ərizə ilə şikayət təqdim edə bilərlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 09 İyun 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















