Icma.az
close
up
RU
Satışdan çıxarmaq yerinə qiyməti ARTIRDILAR Marketlər polietilen torba ilə bağlı qadağanı NECƏ POZUR?

Satışdan çıxarmaq yerinə qiyməti ARTIRDILAR Marketlər polietilen torba ilə bağlı qadağanı NECƏ POZUR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Polietilen torbaların qiyməti 40 faizədək bahalaşıb. Ticarət şəbəkələrində əvvəllər 3 qəpiyə satılan torbalar indi 5, 5 qəpiyə olan torbalarsa 7 qəpiyə satılır.
Nəzərə alaq ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişiklikliyə əsasən 2021-ci ilin iyul ayının 1-dən  qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı qadağan edilib. Lakin qanun ötən müddət ərzində icra olunmadı. Əvəzində 2023- cü ildən polietilen torbalar marketlərdə pulla satılmağa başladı.
Nəzərə alaq ki, həm qanuna edilən dəyişikliyi, həm də torbaların pulla satışını polietilen mallara marağı azaltmaq məqsədi ilə edildiyi deyildi.
Bəs bu dəfəki qiymət artımı nəylə bağlıdır?
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirdi ki, ticarətçi istehlakçıya heç nəyi havayı vermir, o cümlədən də polietilen torbaları:
“Əvvəllər bu torbaların maya dəyəri satılan malların üzərinə oturdulurdu. Lakin hökumətin müdaxiləsindən sonra torbalar istehlakçıya pulla satıldı. Belə qayda bütün dünyada, o cümlədən də MDB ölkələrində var. Məqsəd odur ki, əhalinin polietilen torbalara marağı azalsın, alternativ-ekoloji təmiz torbalardan istifadə edilsin.
Ədalət naminə deyək ki, polietilen torbalar pullu olduqdan sonra maraq demək olar ki, 30 faiz azaldı. Lakin alternativlər təklif olunmadığı üçün polietilenlər yenə də əsas tara vasitəsi kimi qalmaqdadır. Məndə olan məlumata görə polietilen torbaların qiymətinin qaldırılması ona olan marağı azaltmaq məqsədi daşıyır”.
Sahibkarlar sosial layihəni necə biznesə çevirdilər?
Müsahibimiz qeyd edib ki, polietilen torbaların pulla satılması əslində bir sosial layihə idi:
“Yəni insanlar özləri üçün alternativlər müəyyənləşdirərək, marketlərin təklif etdiyi polietilen torbalardan imtina etsinlər. Lakin bu gün biz tam fərqli mənzərə görürük. Marketlərin pulla satdıqları torbaların üzərində müxtəlif yazılar və reklamlar var. Bu da qanuna ziddir. Hökumətin qərarına görə satılan polietilen şəffaf və üstü yazısız olmalıdır.
Amma marketlər satdıqları torbalara daha çox öz reklamlarını yerləşdirirlər. Bununla da həm qanunu pozur, həm də istehlakçıların sağlamlığına ziyan vururlar. Nəzərə alaq ki, polietilen torbaların üzərindəki yazılar üçün ağır metallardan və boyalardan istifadə edilir. Bu da insanların sağlamlığı üçün ciddi təhlükə yaradır”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri