Saturndan göndərilən sirli foto: Alimlər izah tapa bilmədilər
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
2005-ci ilin yanvarında Avropa Kosmos Agentliyinin kiçik “Huygens” zondu planetologiya tarixində dönüş nöqtəsi yaradaraq Saturnun ən böyük peyki olan Titanın sıx narıncı duman qatını yarıb səthinə enməyi bacardı. Missiya zamanı zond yüzlərlə görüntü göndərsə də, onlardan biri hələ də elmi baxımdan tam izah edilməyib.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Indian Defence Review” yazır.
Səthdən cəmi 8 kilometr yüksəklikdə çəkilmiş müəmmalı foto Titanın buzlu mənzərəsinə həkk olunmuş nəhəng kanalları göstərir.
Aradan iki onillik keçməsinə baxmayaraq, alimlər bu fotoda əks olunanların dəqiq izahını verə bilməyiblər.
Relyef aydın şəkildə çay eroziyasını xatırladır, amma bu quruluşların necə yarandığı və hansı mayenin bu kanalları aşındırdığı hələ də məlum deyil. Nəşrə görə, Titan o qədər soyuqdur ki, su burada axa bilmir.
Ən məşhur nəzəriyyə ondan ibarətdir ki, Titandakı maye metan Yerdəki su kimi hərəkət edir - yağış kimi yağır, çaylarda yığılır və göllərə axır.
2005-ci ildə “Nature” jurnalında dərc edilən araşdırma “Huygens”in endiyi səthi təsvir edir. Adiri kimi tanınan ekvator bölgəsinin yaxınlığında yerləşir və qurumuş çay deltasını xatırladır.
Zondun spektral radiometri Yerdəki drenaj sistemlərinə bənzəyən geniş kanallar şəbəkəsini aşkar edib. Nəşr yazır ki, bu formasiyalar keçmişdə planetdə maye axınının olmasını göstərir.
NASA (ABŞ) təsdiqləyib ki, Titanın səthi buz dənəciklərindən ibarətdir və -179 °C-lik orta temperaturda maye metan kimi hərəkət edir. Laboratoriya təcrübələri və atmosfer modelləri də bu mexanizmi dəstəkləyir.
Nəşr əlavə edir ki, fotoda eroziyaya xas geomorfoloji xüsusiyyətlər aydın görünür. Amma metan axınlarının dəqiq vaxtı, tezliyi və onu yaradan mexanizmlər hələ də naməlum olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:16
Bu xəbər 19 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















