Savaşdan futbol meydanına... Topa ilk o toxundu
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Bayıl Arenada Azərbaycanın ev sahibliyi etdiyi amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun açılış mərasimi keçirilib.
Globalinfo.az-ın Teleqraf-a istinadən xəbərinə görə, açılış mərasimində çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu oyunlar əlilliyi olan şəxslərin cəmiyyətə reinteqrasiyasıdır.
Minadan zərərçəkənlərə dəstəyin vacibliyini bildirən sədr qeyd edib ki, hazırda Azərbaycan millisinin 18 üzvü Vətən müharibəsində döyüş əməliyyatlarında xəsarətlər alıb.
C qrupunda açılış matçında Azərbaycan və Belçika milliləri üz-üzə gəlib. Simvolik olaraq start fitindən əvvəl topa Vətən müharibəsi zamanı sentyabrın 28-də Ağdam istiqamətində şəhid olan Nurlan Ağakişiyev atası Etibar Ağakişiyev toxunub. Eyni zamanda, Birinci Qarabağ müharibəsi qazisi olan Etibar Ağakişiyev həmin savaşda bir ayağını itirib.
Qeyd edək ki, Azərbaycan açılış matçında Belçika üzərində 3:0 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















