Icma.az
close
up
RU
Savaşlardan doğulmuş Pakistan: 78 illik sınaqlardan üzüağ çıxan dövlət

Savaşlardan doğulmuş Pakistan: 78 illik sınaqlardan üzüağ çıxan dövlət

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Pakistan İslam Respublikasının müstəqilliyinin 78-ci illiyidir. 1947-ci il avqustun 14-də Böyük Britaniya Hindistanının bölünməsi zamanı Müsəlman Liqasının səyləri nəticəsində əhalisi əsasən müsəlman olan Hindistanın şimal-şərq və şimal-qərb bölgələrini əhatə edən Pakistan dövləti yaranıb.

Pakistan müstəqil olduğu gündən müharibələrlə yaşayıb. Odur ki, bu islam respublikasını tərəddüd etmədən savaşlardan doğulmuş dövlət adlandırmaq olar.

Onun bütün müharibələri Hindistanla olub. İki ölkə arasında bir neçə savaş və silahlı münaqişə baş verib. Bunlardan ən əsası 1947-1948-ci illərdəki birinci, 1965-ci ildəki ikinci, 1971-ci ildəki üçüncü (bu, Banqladeş müharibəsi kimi də tanınır) və 1999-cu ildəki dördüncü Hindistan-Pakistan müharibələridir (Pakistan hərbçilərinin Kəşmirin Kargil bölgəsinə daxil olması ilə başlayan müharibə).

Sonuncu dəfə 2025-ci il aprelin 24-də iki ölkə arasında müharibə oldu. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər mayın 10-da atəşkəs rejimini qəbul etdi.

Bu müharibələrin başlamasına əsas səbəb Cammu və Kəşmir əyalətinin statusu olub. Hindistan adlanan coğrafi ərazi Böyük Britaniya tərəfindən bölündükdən sonra Hindistan bu bölgəyə xüsusi status verməkdən imtina edib. Bununla bağlı yaranan mübahisə münaqişə və müharibəyə çevrilib. Ancaq indiyədək qanlı müharibələrə səbəb olmuş Cammu və Kəşmir problemi həll olunmamış qalmaqdadır.

Pakistanın Baş naziri Şahbaz Şərif Müstəqillik Günü münasibətilə xalqa müraciətində qeyd edib ki, Hindistan Cammu və Kəşmir məsələsinin diplomatiya yolu ilə həlli üçün iradə nümayiş etdirməlidir.

O xatırladıb ki, 2025-ci il mayın 6-10-da Hindistan hücumu nəticəsində başlayan müharibədə qazanılmış zəfər yalnız azadlığın əhəmiyyətini artırmaqla kifayətlənmədi, həm də pakistanlıların qəlbində yeni bir arzu və coşqu oyadaraq Müstəqillik Gününün sevincini və təntənəsini qat-qat artırdı: "Pakistanın suverenliyini qorumaq əzmimizi ifadə edərək sülhpərvər bir millət kimi regional və qlobal məsələlərin dialoq və diplomatiya yolu ilə həllinə inamımızı bir daha təsdiq edirik".

Baş nazirin müraciətini Hindistan hakimiyyətinə danışıqlar aparmaq üçün ismarış kimi də dəyərləndirmək olar.

Hökumət başçısı Cammu və Kəşmir əhalisi ilə həmrəyliyini də ifadə edib. Oradakı insanların ədalət, öz müqəddəratını təyinetmə uğrunda apardıqları mübarizəyə hər zaman diplomatik, mənəvi və siyasi dəstəyi davam etdirəcəklərini bildirib.

Hindistanla müharibələrə baxmayaraq, Pakistan Asiyanın demokratik inkişaf baxımından aparıcı ölkələrindəndir. O, həm də islam respublikasıdır. Burada seçkilər şəffaf, azad və ədalətli keçirilir. Ölkədə hakimiyyətdə olanların səlahiyyət hədlərini aşmalarına görə ciddi şəkildə cəzalandırılması onun hüquq-mühafizə, məhkəmə orqanlarının qanunun aliliyini üstün tutmasının göstəricisidir.

Pakistan islam dünyasında sayılıb-seçilən, hörmət edilən ölkədir. Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə Ermənistanla heç bir diplomatik əlaqə saxlamayıb. Ermənistan onu tanısa da, Pakistan dünyada onu tanımayan yeganə dövlətdir. Bu rəsmi İslamabadın dünyada, o cümlədən islam aləmində mövcud olan problemlərə, onların həllinə yanaşmasının nümunəsidir. Başqa sözlə, o, Cammu və Kəşmir problemini keçmiş Qarabağ məsələsindən ayırmayıb.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bugünkü müsahibəsində ölkəsinin Ermənistana münasibətində heç bir dəyişikliyin baş vermədiyini vurğulayaraq deyib: "Dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər".

O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır: "Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir".

Bu respublika 44 günlük müharibə zamanı Azərbaycana verdiyi siyasi, mənəvi dəstəyi ilə də başqa İslam Respublikasından fərqlənmişdi.

Torpaqları işğaldan azad edildikdən sonra Türkiyə, Azərbaycan və Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam edir. Birgə təlimlər keçirilir. Bu ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın xüsusi təyinatlı qüvvələrinin (XTQ) iştirakı ilə Azərbaycanda "Sonsuz-Qardaşlıq-IV" çoxmillətli təlimin keçirilməsi planlaşdırılıb. Bu təlim iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Bu günlərdə Azərbaycan müdafiə nazirinin müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirin dəvəti ilə İslamabadda səfərdədir. O, İslamabadda ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr olunmuş hərbi paradda iştirak edib.

Bu il mayın 28-də Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin görüşü də münasibətlərin göstəricisi sayıla bilər.

Bundan əvvəl - bu ilin fevralında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfər etmişdi. Prezident İlham Əliyev onunla görüşdə Azərbaycanla Pakistanın cür qardaşlıq münasibətlərini müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsi adlandırmışdı: "Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır".

Həmin görüşdə Məhəmməd Şahbaz Şərif dövlət başçısı İlham Əliyevi "Pakistanın böyük dostu" adlandırmışdı.

Bununla yanaşı, rəsmi Bakı Cammu və Kəşmir probleminin həllində Pakistanı dəstəklədiyini də dəfələrlə bəyan edib.

2025-ci ilin yazında Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin təsdiq edilməsinin on ili tamam olub. Bu, tərəflər arasında əlaqələrin inkişafına daha bir nümunə sayıla bilər.

Beləliklə, bu gün Azərbaycanla Pakistan arasında bir çox sahələr üzrə səmimi dostluq münasibətlərinə söykənən əməkdaşlıq mövcuddur.

Təsadüfi deyil ki, bu gün Azərbaycanla Pakistanın regional və qlobal məsələlərdə eyni mövqedən çıxış edir, bir-birini dəstəkləyir. İki ölkənin əməkdaşlığı, strateji tərəfdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionlarının yaxınlaşmasına da müsbət təsir göstərir. Pakistan Azərbaycanla imzaladığı bütün sənədlərə uyğun davranıb. Bu, onun xarici siyasətində davamlılığının, sabit qədəmliliyinin göstəricisidir.

Azərbaycan-Pakistan münasibətləri bir qərinədə sınaqlardan üzüağ çıxıb.

Bayramın mübarək, Pakistan!

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see292

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see186

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see146

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see144

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri