Icma.az
close
up
RU
Tarixin sınağından üzüağ çıxan NOVRUZ: Xalqımız ənənələrini əsrlərlə qoruyub saxladı

Tarixin sınağından üzüağ çıxan NOVRUZ: Xalqımız ənənələrini əsrlərlə qoruyub saxladı

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 




Xalqımızın əsrlərlə ənənələrini qoruyub saxladığı, hər cür repressiyalara baxmayaraq, gizlin şəkildə, çəkinə-çəkinə də olsa, mütləq qeyd etdiyi əziz bayram – Novruz günlərini yaşayırıq. Son 5 ildə Novruz bayramı ölkəmiz, xalqımız və dövlətçiliyimizin tarixində xüsusi ehtişamla qeyd edilir. Bu böyük sevincin səbəbi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın, doğma Qarabağımızın azadlığa qovuşmasıdır. 5 ildir ki, Qarabağda Novruz tonqalları alışır, yazın gəlişinin müjdəçisi çiçəklər də torpaqdan sevinclə, şövqlə baş qaldırır. Novruz tonqallarını işğaldan azad edilmiş Qarabağda ilk alışdıran da cənab Prezident İlham Əliyev oldu. Cənab Prezident bununla “Qarabağ bizimdir, əbədiyyən də bizim olacaq” mesajını dünyaya çatdırdı. Bu gün də xalqımız Novruz bayramını xüsusi təntənə ilə qarşılayır. Məlum olduğu kimi, 2025-ci il cənab Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və suverenlik ili” elan edilib. Ərazi bütövlüyü, suverenliyi, konstitusiyası bütün ölkə ərazisində bərqərar olmuş dövlətin bunu bayram etməyə tamamilə haqqı çatır. Bütün bu sevinc və fərəhin içində biz Novruz bayramının əsrlərlə necə çətinliklə qorunduğunu, gələcək nəsillərə necə həssaslıqla çatdırıldığını unutmamalıyıq. Unutmamalıyıq ki, Novruz bayramımıza zaman-zaman uzanan xain əllər xalqın birliyi, milli düşüncə tərzinə, adət-ənənələrinə bağlılığı sayəsində geri çevrilib. Novruz bayramı bütün türk coğrafiyasında qeyd edilən milli bayramdır. Türk xalqları bu bayrama yerli adət-ənənələri ilə rəngarənglik qatıb. Türk coğrafiyasının önəmli bir hissəsini təşkil edən Azərbaycanda da Novruz bayramı bir sıra özəllikləri ilə seçilir. Məlumdur ki, Novruz bayramı məhz yazın gəlişi ilə həm də dirçəliş, yeni ilin gəlişi hesab edilir. Bayram gününədək əvvəlki dörd həftənin çərşənbə axşamlarında qeyd edilən su, od, yel, torpaq çərşənbələri təbiətin canlanmasını ehtiva edir. Tarixən evlərdə göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. 4 çərşənbədən əvvəlsə Azərbaycanda “Xıdır Nəbi” bayramının qeyd edilməsi ənənəsi də var. Ədəbiyyatşünas alim, mərhum professor Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında belə yazıb: “Çox-çox uzaq keçmişlərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, Kiçik çillənin qurtardığı son gündə. Yəni 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub. Professor Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında yazırdı: “Çillə çıxarma bayramı təbiətlə bağlıdır. Ən uzun gecə şəbi-yelda gecəsində qaranlıqla bağlı tapmacalar, yanıltmacalar, rəvayətlər söylənər, əylənilər, şeirlər oxuyardılar. 40 günlük Böyük çillə dekabrın 21-də girir, yanvarın 31-də qurtarır və 20 günlük Kiçik çillə başlanır". Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevincin əksi olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: "Əhd edən evin sahibəsi gecəyə qonaqlar dəvət edir, evdə kişilərdən biri də qalmır. Bir qoyun kəsilir, həmin qoyunun ətindən gecə səhərə qədər müxtəlif yeməklər bişirilir. Hamı oynayıb, şənlənər, mahnılar oxuyub, lətifələr söyləyər, tapmaca, yanıltmac deyib, üzük falına baxıb, noxud falı açardılar. Yuxuya getmək olmazdı. Çillə çıxarmaq bayramı üçün qarpız saxlayarmışlar, həmin günü böyük süfrə açar, qarpızı kəsərmişlər: "Qovub qışı, ayazı, kəsdik çillə qarpızı..." XX əsrin 1920-ci illərinə qədər – Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bolşevik Rusiyası tərəfindən ölkəmizin işğalına qədər Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi. "Kommunist" qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, "Novruz bayramı" günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir. İmkansız əhaliyə müxtəlif ərzaq məhsulları paylanır. Ancaq bununla bərabər, radikal bolşeviklər tərəfindən Novruza qarşı kampaniyalar ara vermirdi. Bu bolşeviklərə qarşı ən böyük təpkini isə Nəriman Nərimanov göstərirdi. Bu bayrama münasibətini N.Nərimanov 1913-cü ildə "İqbal" qəzetinin 19 mart tarixli sayında ətraflı şəkildə izah edir, Novruzu İslam dini ilə heç bir əlaqəsi olmayan, insanları birliyə və bərabərliyə səsləyən milli bayram kimi göstərirdi. Nəhayət, 1925-ci ildə bu barədə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və (Novruz da daxil) milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Lakin bu qərar cəmi 3 il qüvvədə qaldı. 1928-ci ildən başlayaraq dini və milli bayramlara qarşı açıq hücumlar başladı. "Kommunist" qəzeti yazırdı ki, "Rusiyada olduğu kimi Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır". Novruz əleyhinə ən fəal mübarizlər 1924-cü ildə yaradılmış "Mübariz Allahsızlar İttifaqı"nın üzvləri idi. Nəhayət, 1929-cu ildə öz məqsədlərinə nail oldular və bu bayramlar dövlət bayramları siyahısından çıxarıldı. Bundan sonra ittifaq üzvləri bayram günlərində drujinalar təşkil edərək gecələr evlərə, həyətlərə daxil olur, evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayanları aşkarlayır, əgər onların arasında komsomolçular olardısa, iclaslarında müzakirəyə çıxarıb tənqid edirdilər. 1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə Novruz bayramı ümumiyyətlə qadağan edildi. Rəsmi qadağaya baxmayaraq, yenə də xalqımız əziz bayramının ənənələrini məişətində gizli-gizli yaşatdı. Novruz bayramı Stalinin ölümündən sonra bütün dini və milli bayramlar kimi qeyri-rəsmi bəraət aldı. Lakin onun dövlət səviyyəsində geniş şəkildə qeyd edilməsi 1967-ci ildə o zaman Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Şıx-Əli Qurbanovun səyləri nəticəsində mümkün oldu. Bakıda "Bahar bayramı" adı altında bayram şənlikləri düzənləndi. 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizdə Novruz rəsmi dövlət bayramı elan edildi. Novruz bayramına qədər qeyd etdiyimiz 4 çərşənbə yaradılışın əsasını, təbiətin oyanmasını əks etdirir. Bu çərşənbələrin hər birinin öz xüsusiyyəti var. Su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Qeyd edilən ikinci çərşənbə — xalq arasında "Üskü çərşənbə", "Addı çərşənbə" kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Novruz ərəfəsində sonuncu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Novruzun, yazın gəlişinin ən böyük rəmzlərindən biri səmənidir. Səməni ilk çərşənbədən əvvəl cücərdilməyə başlayır. Novruz bayramı vaxtı tam böyümüş olur. Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlardan artırma, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaq atdı və baharbəndi qeyd etmək olar. Əziz günlərdə xalqımız mütləq bayram süfrəsi bəzəməyə səy göstərir, xonça qurur, ailə üzvlərinin adına rəngbərəng şamlar yandırılır. Xonçaya müxtəlif şirniyyatlar, çərəzlər, quru meyvələr, başqa nemətlər düzülür. Müxtəlif etnik qrupların mehriban şəraitdə birgə yaşadığı ölkəmizdə Novruz günlərində hər bölgənin yerli adət-ənənələrinə uyğun şirniyyatlar, xörəklər bişirilir. Novruz bayramı sovet dövründə rəsmi qeyd edilməsə də, o illərdə də bu əziz bayrama şeirlər, mahnılar həsr olunub, bir neçə filmdə (“Yeddi oğul istərəm”, “Dəli Kür”, “Gün keçdi”... ) Novruz ənənələrinə yer verilib. Bununla da, adət-ənənələrinə sadiq xalqımızın dəyərli övladları Novruzu yaddaşlarda saxlayıb, unudulmağa qoymayıblar. Ustad Şəhriyar necə də gözəl deyib: “Bayram yeli çardaxları yıxanda, novruzgülü, qar çiçəyi çıxanda, ağ buludlar köynəklərin sıxanda, bizdən də bir yad eləyən sağ olsun...” 

Qoy Novruz bayramı sərhədləri gündoğandan günbatana, quzeydən güneyə uzanan nəhəng ulusumuza firavanlıq, səadət, əmin-amanlıq gətirsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see225

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see214

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri