Icma.az
close
up
RU
Şavkat Mirziyoyev: İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran əsas qlobal çağırışdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Şavkat Mirziyoyev: İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran əsas qlobal çağırışdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytına istinadən bildirir.

"İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran və böhranları dərinləşdirən əsas qlobal çağırışdır".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

Özbəkistan lideri Azərbaycan Prezidenti İlham Əliyevə COP29 iqlim konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Ş.Mirziyoyev vurğulayıb ki, Özbəkistan müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanın fəal səylərini tam dəstəkləyir.

"Bu gün iqlim dəyişikliyi geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərən əsas qlobal çağırışdır. Xüsusilə yoxsulluq, ərzaq və enerji təhlükəsizliyi, su və resurslara çıxış problemləri dərinləşir. Biz bu problemləri Mərkəzi Asiyada kəskin şəkildə hiss edirik", - o bildirib.

"İqlim problemləri əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və milli strategiyaların həyata keçirilməsinə mane olur", - o bildirib.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan Paris Sazişinin qlobal məqsədlərinə, o cümlədən cari yüzillikdə istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində saxlanılmasına sadiqdir.

"Biz öz növbəmizdə karbon neytrallığına nail olmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir, 2030-cu ilə qədər emissiyaları 35% azaltmağı planlaşdırırıq. Biz həmçinin yaşıl məkanı genişləndirir, regional iqlim strategiyasının həyata keçirilməsində qonşu ölkələrlə əməkdaşlıq edirik", - Özbəkistan prezidenti bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see200

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see199

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see197

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see195

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see189

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see178

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see153

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see139

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see128

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see126

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see125

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see124

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri