Icma.az
close
up
RU
Saxta 100 manatı göstərərək... Bakıda taksi sürücüsünü necə soydular?

Saxta 100 manatı göstərərək... Bakıda taksi sürücüsünü necə soydular?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda taksi sürücüsünə qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə bağlı məhkəmə hökmü elan edilib.

Qaynarinfo xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq şəkildə ələ keçirmək məqsədilə 2026-cı ildə səhər saat 04:50 radələrində Binəqədi qəsəbəsində yerləşən "Spar" mağazasının qarşısında taksi sürücüsünə qarşı soyğunçuluq edib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxsin tanışı sərnişin qismində taksi ilə həmin ünvana gəlib. Yol haqqı 60 manat olub. Təqsirləndirilən şəxs taksi haqqını ödəyəcəyini bildirərək üzərində "etibarsızdır" yazısı olan 100 manatlıq əsginası sürücüyə göstərib və 100 manatın qalığı kimi 40 manat qaytarmasını istəyib. Taksi sürücüsü pulu qaytaran zaman o, sürücünün əlindən 40 manatı götürərək hadisə yerindən qaçıb. Nəticədə zərərçəkmişə 40 manat məbləğində maddi ziyan dəyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilib. O bildirib ki, dostunu Bakıya işləmək üçün dəvət edib və taksi xərcini özü ödəyəcəyini vəd edib. Hadisə zamanı isə üzərində "etibarsızdır" yazılan 100 manatlıq əsginası sürücüyə göstərərək onun qaytardığı 40 manatı götürüb qaçdığını etiraf edib. Onun sözlərinə görə, həmin pulu şəxsi ehtiyaclarına xərcləyib.

Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf edib, zərərçəkmişə dəymiş ziyanı tam ödəyib və tərəflər arasında barışıq əldə olunub. O, həmçinin məhkəmədən cəza təyin edilərkən ilk dəfə cinayət törətməsini, vurduğu ziyanı könüllü şəkildə ödəməsini, eləcə də 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatlarında iştirak edərək yaralanmasını nəzərə almağı xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Bununla yanaşı, onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət bir günə iki gün hesabı ilə cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri