Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Saxta araq, köhnə kolbasa 200 manata bəzəkli toy menyusu

Saxta araq, köhnə kolbasa 200 manata bəzəkli toy menyusu

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Kubra Məhərrəmova yazır...

İstənilən xidmət sahəsindən şikayət edən kimi, o dəqiqə deyirlər ki, "ekonomdur", ona görə belədir. Yəni ölsən də, qalsan da, budur.

Əvvəla ondan başlayaq ki, hər zümrə və sinif üçün təklif və xidmətlər mövcuddur. Kimin də nəyə imkanı çatır onu da alır.

Kimsə bahalı restoranda yemək yeyir, kimsə küçədə "dönər". Amma bu o demək deyil ki, küçədə "dönər" alıb yeyən zəhərlənib ölməlidir.

Lakin bir məsələni də nəzərə almaq lazımdır ki, Azərbaycanda bahalı, yüksəksəviyyəli xidmət də elə çox vaxt "ekonom"a bərabər vəziyyətdədir, adı var, özü yox.

İndi bu nəticənin səbəbi nədir, onu bilmirik.

Bəlkə yüksək rüsumlardır? Bəlkə vergilərdir? Bəlkə də sahibkarın acgözlüyü və dələduzluğundadır? Bəlkə onun bu cür fəaliyyətinə göz yuman dövlət qurumlarıdır?

Məsələn, elə bu ayın əvvəlində "Mona Liza" şadlıq sarayında saxta alkoqollu içkiləri "orijinal" adı ilə qonaqların qarşısına qoymuşdular. Buna kimi nə qədər belə geydirmə "Oneqin" süfrələrə gəlib, bunu bir sahibkar, bir də içib zəhərlənən müştərilər bilir.

Sağ olsun, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları, tez özlərini çatdırıblar hadisə yerinə, şadlıq sarayının mətbəxinə və zala baxış keçiriblər.

Hərtərəfli təftişdən sonra məlum olub ki, müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, kustar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan "Oneqin" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Bu, agentliyin açıqlamasıdır.

Yəni agentliyin dili gəlməyib ki, desin, bu "Oneqin" elə saxtadır. İnsan sağlamlığı üçün təhlükəlidir. Hərlədib-fırladıb bəzəkli cümlələrlə təqdim edib ki, məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub.

Lap "bəy tərifinə" oxşadı. Heç kim demir ha, təzə bəy avaradır, işi-gücü yoxdur, əksinə deyirlər ki, onun işsizliyinin səbəbini müəyyən etmək üçün bir qədər vaxta ehtiyacımız var. Elə bil, həm hamı bilir məsələ nə yerdədir, həm də elə bil ki, bilmir. Bəlkə də elə bu "Oneqin" elə "Mona Liza" şadlıq sarayının zirzəmisində "doldurulur"? Kim bilir?

Bundan savayı bəh-bəhli "Mona Liza" şadlıq sarayında agentliyin yoxlaması zamanı məlum olub ki, yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib.

Vallah, bu sahibkara halaldır. Adam daşdan pul çıxarır. Köhnə tullantı malları düzür "bahalı" süfrəyə verir millətə. Millət də, basıb-yeyir. Hələ bir maşının da pulunu ödəyir. Sonra da zəhərlənir, amma heç biri çıxıb restoranı məhkəməyə vermir. Məhkəmə məsələsinə qayıdacağıq.

Dünyanın heç bir yerində belə mexanizmi işlətmək mümkün deyil. İstənilən normal ölkədə həmin sahibkarı da, restoranın fəaliyyətində məsuliyyət daşıyan hər kəsi axırıncı qəpiyinə kimi cərimə edərdilər. Bizdə isə AQTA hələ nümunələri aparıb laboratoriyaya. İnşallah, 40 günə xəbər çıxar.

Mənə elə gəlir AQTA "Mona Liza"nın sahibindən çəkinir. Bu arada qeyd edim ki, sözügedən şadlıq sarayının Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus olması ilə bağlı mətbuatda çoxsaylı xəbərlər yer alıb. Belə baxsaq, ağsaqqal adamdır da, ona kim nə deyəcək ki? "Oneqin"ə də, Puşkinə də çətin ki, gözün üstə qaşın var desinlər...

İndi gələk belə hallarda məhkəməyə müraciət məsələsinə.

Hər kəs bilir ki, istənilən restoranı məhkəməyə versə də, verməsə də, sübut edə bilməyəcək. Birincisi toy və banket məclislərinin keçirilməsi ilə bağlı şadlıq sarayları, restoranlar heç bir ödəniş qəbzi vermir.

Necə sübut edəsən ki, hadisə filan yerdə olub, mənə təzminat ödə?!

Bir müddət əvvəl vətəndaş həyat yoldaşı ilə şəhərin tanınmış restoranlarının birində qidadan zəhərlənmişdi. Adam bir həftə AQTA-ya yazılı, şifahi müraciət etdi ki, "ay camaat, gedin yoxlayın". On gün sonra AQTA-dan zəng gəlmişdi ki, "hadisə hansı restoranda baş verib?"

Bir müddət əvvəl Bakıda "Venesiya" şadlıq evində 50-dən çox şəxs zəhərləndi. Hətta kütləvi zəhərlənmə ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanıldı, müvafiq ekspertizalar təyin olundu.

Amma dünən yenə də "Venesiya" da vur-çatlasın toy olub.

Ona görə də, ekonom - biznes demədən başınıza çarə qılın. Çalışın restoranlara getməyin. Nə bilirsən kimin çirkli əli, hansı qazana girir? İkincisi də toylara getməyin. Karta pul atın, getsin. Canınızı küçədən tapmamısınız ki? Yox, belə çox vacib məclisdirsə, evdə möhkəm yeyib gedin toya. Yoxsa "sroku" keçmiş kolbasa-pendiri 200 manatlıq menyu adı ilə yeməli olacaqsınız. Sonra da "Vağzalı" yerinə saxta "Oneqin" süfrələrdə fırlanıb toyu vaya çevirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri