Icma.az
close
up
RU
“Tərbiyə işində birinci ailə məsuliyyət daşıyır” MİLLƏT VƏKİLİ

“Tərbiyə işində birinci ailə məsuliyyət daşıyır” MİLLƏT VƏKİLİ

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ceyhun Məmmədov: “Bu gün sosial media, internet gənclərin tərbiyəsinə, psixoloji durumuna çox ciddi təsir göstərir”

Sosial medianın yeniyetmələrə mənfi təsiri dünyanın gündəmindədir. Bir sıra ölkələr yeniyetmələrə sosial media qadağası tətbiq etmək qərarına gəliblər və bu istiqamətdə müəyyən hüquqi addımlar atırlar. Artıq qardaş ölkə Türkiyə də 15 yaşından kiçiklərə sosial media qadağasını müzakirəyə gətirib.

Şübhəsiz, sosial medianın yeniyetmələrə neqativ təsirindən Azərbaycan da kənarda qalmayıb. Hətta narkotik satışının sosial media üzərindən həyata keçirildiyi barədə də çoxsaylı faktlar var. Bəs, belə olduğu halda Azərbaycan da yeniyetmələrə sosial media qadağası tətbiq etməlidirmi? Bu və digər suallarla millət vəkili Ceyhun Məmmədovun mövqeyini öyrəndik.

- Ceyhun müəllim, ölkələr ard-arda 15-16 yaşından kiçiklərə sosial media qadağası haqda qanun qəbul edirlər. Sizcə, Azərbaycan da bunu nəzərdən keçirməlidirmi?

- Mən bir neçə gün bundan əvvəl parlamentdə bu barədə çıxış etdim və o məsələni təklif etdim. Hesab edirəm ki, biz də gecikmədən bunu etməliyik. Yəni mütləq şəkildə etməliyik. Çünki bu, bir zərurətdir. Bunu etməsək, gələcəkdə bizi ciddi problemlər gözləyir. Bunu mütləq şəkildə həyata keçirməliyik. Əks halda gələcəkdə bunun fəsadlarını görəcəyik. Bu gün sosial media, internet gənclərin tərbiyəsinə, psixoloji durumuna çox ciddi təsir göstərir. Əbəs deyil ki, neçə gündür Türkiyədə, Avropa ölkələrində müzakirələr gedir.  

- Rəsmi rəqəmlərə görə, ölkəmizdə 45 min nəfər narkotik istifadəçisi var, faktiki olaraq isə bundan təxminən 7-10 dəfə çoxdur. Onu da nəzərə alaq ki, narkotik istifadəçilərinin əksər hissəsi gənclərdir və onlar buna əsasən yeniyetməlik dövründə addım atırlar. Belə olduğu halda, sağlam gəncliyin yetişdirilməsi qanun müstəvisində tənzimlənməlidir, yoxsa bu daha çox ictimai sferaya aiddir?

- Hər bir məsələnin iki tənzimlənməsi var. Birinci, onun hüquqi tənzimlənməsi var - hüquqi tənzimlənmə mütləq olmalıdır. Yəni hüquqi mexanizm olmalıdır. Amma paralel olaraq da bunun təbliğat və maarifləndirmə hissəsi olmalıdır. Yalnız qanunverici tərəfi yetərli deyil. Biz qanunvericiliyi təkmilləşdirməliyik, müvafiq dəyişikliklər etməliyik, buna paralel olaraq da davamlı təbliğat və maarifləndirmə işlərini həyata keçirməliyik. Amma bu rəqəm çox ciddi rəqəmdir, az rəqəm deyil. Və bizi ciddi narahat etməlidir.

- Prezident İlham Əliyev dünənki çıxışında təhsil sistemindəki yeniliklərə toxundu. Xüsusilə yeni və daha mükəmməl dərdliklərin yazılmalı olduğunu vurğuladı. Sizcə, narkomaniyanın və digər asılılıqların fəsadları ilə bağlı orta məktəblərdə ayrıca dərs tədris olunmalıdır? Yaxud hansısa fənnin tərkibində bu barədə maarifləndirici materiallar daxil edilə bilər?

- Bu barədə çox danışılır. Mən hesab edirəm ki, biz bütün fənnləri dərs proqramına sala bilmərik. Çünki bizim dərs proqramları bizim əsas fənnləri əhatə edir. Bəzən mən baxıram, tez-tez müxtəlif təkliflər verilir. Bunun proqrama daxil edilməsi mürəkkəbdir. Biz sadəcə neyləməliyik - məktəblərdə, televiziyada, media orqanlarında bunun yaratdığı fəsadlar, gənclərimizin yaşadığı çətinliklər və s. məsələlərlə bağlı davamlı olaraq maarifləndirmə, təbliğat işləri aparılmalıdır, görüşlər keçirilməlidir. Yəni bunun üçün ayrıca bir dərsliyə ehtiyac yoxdur. Ümumi bilgiləndirmə, maarifləndirmə, təbliğat işləri aparılmalıdır.   

- Yeri gəlmişkən, hazırda şagird-müəllim münasibəti də cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Xüsusilə də bu günlərdə liseydə müəllimin şagird tərəfindən güllələnməsi bir sıra sulalar doğurub. Sizcə, biz toplum olaraq bu müstəvidə nəyi yanlış edirik? Sovet zamanında müəllim az qala müqəddəs hesab olunurdu. Necə oldu ki, bu gün müəllimə qarşı aqressiv davranış sərgiləyə bilirik?

- Yəni orada məsuliyyəti həm məktəblər, həm də valideynlər daşıyır. Tərbiyə işində birinci ailə məsuliyyət daşıyır. Ailə öz övladının tərbiyəsinə vaxt ayırmırsa, önəm vermirsə, bu, özünü məktəbdə göstərəcək. Birinci ailələrimiz övladlarının tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər, önəm verməlidirlər. Buna vaxt ayırmalıdırlar. Bəzən iş olur, bəzən başqa səbəblər, amma valideyn bir məsuliyyət hiss etməlidir. Bir də biz  məktəbə yalnız təhsil verən müəssisə kimi yox, həm də tərbiyə müəssisəsi kimi baxmalıyıq. Məktəblərimizdə tərbiyə işini gücləndirməliyik. Tərbiyə işinə xüsusi diqqət ayırmalıyıq. Yəni davamlı olaraq, məktəblərimizdə ən yüksək səviyyədə maarifləndirmə, təbliğat işləri aparılmalıdır. Bu, olduqca vacib və önəmli məsələlərdən biridir.   

- Hazırda məktəblərdə psixoloq ştatları mövcuddur və bu səhədə kadrlar fəaliyyət göstərir. Doğrudur, onların bir çoxunun qeyri-peşəkarlığı ilə bağlı müəyyən fikirlər səslənir. Görünür, bu problemlərin yaranması da elə oradan qaynaqlanır. Əgər psixoloq ştatı varsa, o formal xarakter daşımamalıdır. Bu ştatın formallığına necə son qoymaq olar ki, ehtiyacı olan şagirdə mütəmadi psixoloji dəstək verilsin? 

-Təəssüf ki, bizdə hələ psixologiya institututu tam formalaşmayıb və bu institut öz missiyasını tam lazımi formada, lazım olan şəkildə həyata keçirmir. Yəni problemimiz həm də odur ki, biz bunu reallıqda görmürük. Görmədiyimizə görə də bizə problem yaradır. Bu formal bir iş olmalı deyil, davamlı aparılan, davamlı həyata keçirilən iş olmalıdır. Ştatlar artırılmalıdır. Davamlı olaraq bu istiqamətdə işlər görülməlidir.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Fevral 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri