Icma.az
close
up
RU
“Millət vəkilləri buna münasibətini bildirməlidirlər”

“Millət vəkilləri buna münasibətini bildirməlidirlər”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu günlərdə Yasamalda insanlar kameralar vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşa olunmasına köməklik elədilər. Bu, çox önəmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanı narkotik faciəsindən qurtarmaq çox çətin olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Millət vəkilinin sözlərinə görə, bu, təkcə polisin, xüsusi xidmət orqanlarının işi deyil: “Vətəndaş dəstəyinə ehtiyac var. Mən hansısa narkotik istifadəçisinin həbs olunmasının da tərəfdarı deyiləm. Burada müalicə mexanizmi düzgün qurulmalıdır və ora göndərilməlidirlər. Həbsxanaları da bu cür kateqoriyadan olan insanlarla doldurmaq orada olan sağlam insanların da gələcəyinə problem yarada bilir. Amma narkotik satışını həyata keçirən şəbəkənin çökdürülməsi üçün bütün vətəndaşlar həssaslıqla bu prosesə qoşulmalıdır.

Lazımi yerlərdə kameralar quraşdırılmalıdır. Birinci növbədə məktəblərin ətrafında ola biləcək satış mərkəzlərini mütləq ifşa edib onları müəyyən dərəcədə məsuliyyətə cəlb etmək vacibdir. Bəlkə də bu, sıradan bir informasiya kimi görünə bilər, amma ölkəmizin gələcəyini təhdid edən ən ciddi problemlərdən biri narkomaniyadır. Bunun satışı qonşu ölkələrdən yönəldilən şəbəkə vasitəsilə həyata keçirilir, qarşısını mütləq almalıyıq”.

Spiker Sahibə Qafarova isə qeyd edib ki, millət vəkilləri sosial şəbəkələrdə bu məsələyə öz münasibətini bildirməlidirlər.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:423
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see269

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see230

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see227

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see223

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see223

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see222

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see219

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see219

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see208

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see203

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see202

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see200

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see199

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see199

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see197

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see189

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see183

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see178

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see166

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri