Icma.az
close
up
RU
Saxta reportaj və ya Anews saytının... “Azadlıq” radiosunda nə baş verir?

Saxta reportaj və ya Anews saytının... “Azadlıq” radiosunda nə baş verir?

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Gör bunlar necə qudurub ki, bir müddət əvvəl ortaya çıxardığım fake sujeti yenidən gündəmə gətiriblər. Redaktor Vüsalə Əlibəylinin (“Azadlıq” radiosunun Azərbaycan xidmətinin redaktoru - red.) sifətində ar yox, həya yox”.

“Yeni Sabah” xəbər verir ki, bunu adıçəkilən radionun keçmiş əməkdaşı, jurnalist İslam Şıxəli sosial şəbəkə hesabında yazıb.

O, “Azadlıq” radiosunun Azərbaycanın bəzi bölgələrində 9-11-ci siniflərdə təhsil alan qızların sayının azalması ilə bağlı reportajından foto paylaşıb. İ.Şıxəli bildirib ki, reportajı “Azadlıq” radiosunun işçisi Ləman Qasımova hazırlayıb: “O iş yoldaşlarından rəhbərliyə satqınlıqları ilə, Vüsalə Əlibəyliyə ən yüksək səviyyədə yaltaqlığı ilə tanınır. 

Ləmanın fəaliyyəti nəticəsində həmin iş yoldaşları işdən qovulub və indi həbs həyatı yaşayırlar, O isə hırla-zırı qanmadan “Azadlıq” radiosunda işinin başındadır. (İndi onun reportajlarını əslində kimin yazdığını demirəm, qoy redaktorunun ürəyi partlasın. Siz də soruşmayın, ismini deməyəcəm.)

Vüsalənin şərləyərək işdən çıxardığı adamların yazdığı tək bir vergül Ləman Qasımovanın bütün kariyerasından daha güclüdür.

Reportajda danışan çadralı qız isə Anews saytında işləyən Aytac Zeynalovadır.

Bağışlayın məni, saxta qəhrəmanla yalançı sujet hazırlayanda adamın ifşa olunacağını da nəzərə almaq lazım idi.

Mən onlara şans verdim, əvvəlki paylaşımlarda ad çəkmədim, adamın kimliyini açıb ağartmadım. Amma onlar abırlarına qısılıb reportajı silmək yerinə, əməkdaşla münasibəti gözdən keçirmək yerinə, bir az da artıq gözə soxurlar.

Yazda bəzi məsələləri aydınlaşdırmaq üçün Ləmanla Sarajevoda görüşdüm. Gözümün içinə baxaraq bu qızın Aytac olduğunu inkar etdi və başqa bir çox mövzuda 342364567 dənə yalan danışdı. Halbuki, Aytacın müsahibə verdiyi bu evi də tanıyanlar var, Allah qapılarını açsın.

Mən də çörəyi qulağıma yemirəm axı.

Radio bir neçə dəfə daxildə bu məsələ ilə bağlı mövqeyini bildirib, redaktor Vüsalə Əlibəyli əməkdaşına inandığını deyib. Araşdırmadan, qəhrəmanın özünə çıxmadan. Vüsalə bilərək hamıya meydan oxuyur.

Videoda danışan qəhrəmanımız da onun özü olduğunu inkar edib. Başqa necə olmalı idi ki?

Xalqın gözü tərəzidir.

İzləyicilər baxıb qərar versin, burada danışan adam həqiqətən abort etdirən mömin qadındır, yoxsa linkini yerləşdirdiyim jurnalist?”.

Aytac Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see520

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see234

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see219

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see217

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see217

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see206

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see198

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see196

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see191

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see189

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see187

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see167

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see163

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see162

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see161

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see160

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri