Icma.az
close
up
RU
Ruh və azadlıq nədir?

Ruh və azadlıq nədir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnsan bəzən azadlıq içində yaşasa da, öz daxilində görünməz bir məhbusluq daşıyır. Hər bir insanın içində görünməz bir həbsxana var və çox vaxt bu həbsxananın divarlarını elə insanın özü tikir".

Bunu “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib.

Onun sözlərinə görə, düşüncələr, qorxular, keçmiş travmalar, başqalarının dedikləri və uşaqlıqda alınan emosional yaralar insanı içəridən bağlayır:

"Bəzən azadlıqdan çox qorxuruq, çünki azad olmaq məsuliyyət deməkdir. Halbuki məhbusluq bəhanə verir. İnsan bəhanə tapanda sakitləşir, azad qalanda isə öz gerçək gücü ilə üzləşməyə məcbur olur".O bildirib ki, bəzən bu “zəncirləri” insan özü deyil, cəmiyyət yaradır:

"Bəzən bu zənciri quran biz olmuruq. Ətrafımız, cəmiyyətin qaydaları, insanların “belə olmalısan” deyə diktə etdiyi çərçivələr ruhun ətrafına görünməz dəmir barmaqlıqlar hörür.  Qadın belə olmalıdır, kişi belə davranmalıdır, insan belə yaşamalıdır və s. bu kimi cümlələr içimizdəki səsi boğur, istəkləri dondurur, fərqliliyi günah kimi göstərir. İnsan bir gün ayılır ki, öz həyatını yox, başqalarının rahatlığını yaşayıb".

Psixoloq vurğulayıb ki, ən qorxulu məhbusluq insanın öz içindəki zənciri normallaşdırmasıdır:

"Ən qorxulu məhbusluq budur, insanın öz içindəki zənciri normallaşdırması. Hər gün bir az daha susmaq, bir az daha uyğunlaşmaq, bir az daha “belə lazımdır” demək. Əslində o anda ruhun qapısını içəridən bağlayırsan. Heç kim səni məcbur etmir, amma sən özünü qorumaq üçün özünü azadlıqdan məhrum edirsən".

O qeyd edib ki, psixologiyada bu vəziyyət özünü senzura etmə kimi tanınır:

"İnsan o qədər çox başqalarının gözündən baxmağa öyrəşir ki, bir müddət sonra öz gözləri ilə görməyi unudur. Bu, tədricən daxili boşluq, depressiya və mənasızlıq hissi yaradır. Çünki azad olmayan ruh yaşamaqla sadəcə var olmaq arasındakı fərqi itirir".

Samirə İsmayılova bildirib ki, insan azadlığı çox vaxt kənarda deyil, öz daxilində tapır:

"Azadlıq bəzən bir qərardır, bəzən bir cəsarət. Bəzən sadəcə “bu mən deyiləm” demək qədər sadə, amma bir ömürlük iç sükutunu pozmaq qədər çətindir. İnsan içindəki qaranlıqla barışanda və başqalarının qapısına deyil, öz iç dünyasına yönələndə azad olur. O zaman artıq nə cəmiyyətin qəlibləri, nə də keçmişin zəncirləri onu saxlayır.

Bəlkə də azadlıq heç vaxt harasa qaçmaq deyil, əksinə, özünə dönməkdir. İnsan içindəki sükutu dinləməyi bacaranda, orada gizlənmiş gücü, şəfqəti, həyat sevgisini görür.

Azadlıq ruhun nəfəsidir. Ruh nəfəs almadıqda insanın bədəni yaşasa belə, həyatı dayanır. Bütün azadlıqların ən dəyərlisi özün olmaq cəsarətidir".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri