Saxta səhifələr adından unudulmuş baqajlar 4 manata satılır ETX
Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.
"Facebook" sosial şəbəkəsində saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və yaxud unudulmuş baqajların 3,67 manata satıldığı barədə paylaşılan xəbərlər doğru deyil. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
""Facebook" sosial şəbəkəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir. Saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və yaxud unudulmuş baqajların 3,67 manata satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur. ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edib", - məlumatda deyilir.
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















