Icma.az
close
up
RU
Saxta “soyqırımı” ritorikası və Mirzoyanın ikiüzlülüyü

Saxta “soyqırımı” ritorikası və Mirzoyanın ikiüzlülüyü

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxud Azərbaycana qarşı subliminal ittiham tonu

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ikiüzlülüyündən qalmır. Bunu bildirməyimiz heç də təsadüfi deyil. Nəzərə alaq ki, onun şəxsində ikiüzlülük edən elə Ermənistan dövlətinin özüdür. Bu barədə söz açacağıq. Hələlik isə bir sıra məqamlara aydınlıq gətirək.

***

Baş nazir Nikol Paşinyan bu günlərdə ölkə parlamentindəki çıxışı zamanı “Məzlum millət” düsturu kimi qələmə verdiyi məsələdən danışmışdı. O bildirmişdi ki, ermənilər özlərini beynəlxalq aləmə yazıq qiyafəsində göstərirlər. Bu isə yekunda “Ordu millət” düsturunun meydana çıxması reallığını doğurur. Yəni, məzlumluqdan çıxmaq üçün silaha əl atmaq əsas götürülür.

Nikol yanaşmanın doğru olmadığını vurğulamışdı. O, hətta bir qədər irəli gedərək, Ermənistan üçün güclü ordunun vacibliyini bildirmiş, lakin həmin ordu ilə kimə qarşı döyüşülməsinə diqqət yetirmişdi. Paşinyanın sözlərindən belə çıxmışdı ki, Ermənistan nə qədər güclü hərbi struktura sahib olsa da, qarşısındakı rəqiblər daha güclüdürlər. Heç şübhəsiz, Azərbaycanı və Türkiyəni nəzərdə tutmuşdu.

Bir sözlə, Ermənistanın baş naziri köhnə stereotiplərdən, erməni xislətinin məhsulu olaraq meydana çıxan xəstə təfəkkür və təxəyyüldən uzaq durulmasının zəruriliyini əsaslandırmağa çalışmışdı. Ancaq söz ayrı, əməl ayrı. Görünən budur ki, rəsmi İrəvan köhnə şakərindən daşınmaq fikrində deyil. Ermənistanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə dünəndən öz işinə başlamış “Soyqırım və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya üçün beynəlxalq mexanizmlərin effektivliyinin gücləndirilməsi” mövzusundakı “Soyqırımı Cinayətinə Qarşı” V qlobal forum da bunu söyləməyə əsas verir. Yeri gəlmişkən, Mirzoyanın ikiüzlülüyü məhz bu forumdakı çıxışı zamanı aydın görünüb.

***

Heç şübhəsiz, belə bir tədbirin təşkili onu deməyə əsas verir ki, Ermənistan saxta soyqırımı məsələsini yenə də özünün dövlət siyasətinin başlıca qayəsi kimi görməkdədir. Elə isə bu siyasətin hansı zəmində meydana çıxmasına nəzər salaq və qeyd edək ki, hələ 1907-ci ildə erməni millətçiləri ABŞ-ın o zamankı Prezidenti Teodor Ruzveltə müraciət ünvanlamış, ondan saxta “erməni soyqırımı”nın tanınmasını və kömək göstərilməsini istəmişdilər. Onlar iddia etmişdilər ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində Osmanlı dövlətində erməni əhaliyə qarşı, guya, soyqırımı həyata keçirilib.

Reallıq ondan ibarətdir ki, qeyd edilən zaman kəsiyində Qərb dövlətləri Osmanlı daxilində nifaq və bölücülük yaratmaq məqsədi ilə erməni amilindən yararlanmışdılar. Bu məqsədlə millətçi təşkilatlar formalaşdırılmışdı. 1883-cü ildə “Hnçak”, 1890-cı ildə “Daşnaksütyun” partiyaları kimi terrorçu qruplaşmalar fəaliyyətə başlamışdı. Bu təşkilatlar Osmanlının müxtəlif bölgələrində qətllər, qarətlər törətmişdilər. Onlar, hətta, sadə ermənilərin türklərə nifrətini körükləmək üçün, Osmanlı qiyafəsinə bürünərək öz soydaşlarına qarşı da amansız cinayət əməlləri həyata keçirmişdilər. Lakin Qərb özünün “Şərq məsələsi”nin davamını “Yunan məsələsi”ndə görməyə üstünlük verdikdən sonra, erməni millətçiləri taleyin ümidinə buraxılmışdılar. Yəni, Birləşmiş Ştatların Prezindentinə müraciət bununla bağlı olmuşdu. Əlbəttə, Osmanlı dövlətinin cinayətkar təbəələri cəzalandırması təbii sayılmalıdır. Ancaq məsələdə soyqırımı motivi qətiyyən olmamışdı.

Qərb növbəti dəfə “erməni soyqırımı” məsələsinə 1915-ci ildə üstünlük vermişdi. Həmin vaxt Birinci Dünya müharibəsi gedirdi və erməni millətçiləri bu dəfə Osmanlını arxadan vurmağa girişmişdilər. Belə olduqda Osmanlı öz resursları hesabına erməniləri dövlətin ayrı-ayrı hissələrinə köçürməyə qərar vermişdi. Məqsəd terror yuvalarını dağıtmaq idi. Ancaq zaman keçmiş və Osmanlının məhz reallaşdırdığı profilaktik tədbirlər “soyqırımı” kimi qiymətləndirilməyə başlanmışdı. Müasir dövrdə isə bu, İrəvanın Ankaraya qarşı siyasətinin, eyni zamanda, Qərbin anti-Türkiyə siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

***

Lakin onu da deyək ki, son zamanlar baş nazir N.Paşinyan administrasiyası “erməni soyqırımı” məsələsini gündəmdən çıxarıb. Hər halda belə bir görüntü var. Hətta Nikol özü ayrı-ayrı çıxışlarında məsələni mübahisələndirməyə üstünlük verib və onun dediklərindən belə nəticəyə gəlinir ki, əslində, “soyqırımı” adlı nə isə baş verməyib. Hərçənd, 2023-cü ildə İrəvanın Laçın dəhlizi məsələsində beynəlxalq miqyasda qaldırdığı vay-şivən ritorikası zəminində saxta iddia ortaya atılmış və bildirilmişdi ki, Azərbaycanın, guya, Laçın dəhlizindən keçidə imkan verməməsi, Qarabağ ermənilərinə qarşı soyqırımı gerçəkləşdirmək niyyətindən qaynaqlanır. Doğrudur, sonradan Ermənistan Azərbaycanla bağlı “soyqırımı” ittihamından uzaq durdu və xüsusən 2023-cü ilin lokal xarakterli antiterror tədbirlərindən sonra “etnik təmizləmə” şousuna start verərək, məsələni xeyli gündəmdə saxladı.

Hazırda Ermənistan bir qədər fərqli yol seçib. Yəni, rəsmi İrəvan “etnik təmizləmə”ni və “soyqırımı” mövzusunu xaricdəki erməni lobbi və diaspor təşkilatlarının, habelə ermənipərəstlərin, belə demək mümkünsə, ixtiyarına verib. Məsələn, bir müddət əvvəl Fransanı ARTE telekanalı sənədli film yayımlayaraq, orada azərbaycanlıların və türklərin qardaş olduqlarını vurğulayaraq, birincilərin də türklər kimi soyqırımı gerçəkləşdirə biləcəklərinə dair cəfəngiyyata baş vurub...

***

Bəli, guya, Ermənistan dövləti köhnə dəftərləri qapadır, irəli baxır, gələcəyi düşünür və sair. Əslində, belə deyil və fikrimizi əsaslandırma üçün keçək bilavasitə A.Mirzoyanın ikiüzlülüyünə. Əvvəla, onun rəhbərlik etdiyi dövlət qurumunun təşkil etdiyi forumun adı elə seçilib ki, sanki məqsəd saxta erməni həqiqətlərini gündəmə gətirmək yox, ümumən soyqırımı cinayətini bəşəriyyətə qarşı təhdid olaraq qiymətləndirməkdir. Manipulyasiyanın ilk göstəricisi budur. Digər tərəfdən, Mirzoyan forumdakı çıxışında bildirib ki, beynəlxalq ictimaiyyət kütləvi cinayətlərə reaksiyanı onlar törədildikdən sonra verir. Yada salaq ki, Qarabağ erməniləri bölgəni tərk edəndə də bu ritorika gündəmə gəlmiş və Azərbaycan birbaşa hədəf kimi seçilmişdi. İndi ölkəmiz, bir növ, gizli hədəfdir.

Beynəlxalq strukturların reaksiyasının soyqırımı ilə bağlı risk faktorlarına və mövcud vəziyyətə mütənasib olmadığına dair fikirlərini bölüşən erməni XİN rəhbəri, eyni zamanda, bildirib ki, ən mühüm risk faktoru kimi nifrətin yayılması sonda cinayətə gətirib çıxardı. Görəsən, Mirzoyan hansı cinayətdən söz açır? Heç şübhəsiz, onun ikiüzlülüyünün arxasında Azərbaycana qarşı subliminal ittiham var.

***

Nəhayət, bir məqamı da diqqətə çatdıraq. Rəsmi İrəvanın təmsilçiləri, xüsusən, baş nazir N.Paşinyan son zamanlar çox tez-tez Ermənistanın heç bir qonşu dövlətə, o cümlədən, Azərbaycana qarşı ərazi iddiasının olmadığını bildirir. Məsələ ondadır ki, ümumən, hayların soyqırımı iddiası ilə ərazi iddiası mahiyyətcə bir-biri ilə bağlı məsələlədir. Yəni, Nikolun haqqında söz açdığı “məzlum millət” düsturu ona görə meydana çıxıb ki, ermənilər qonşuları hesabına özlərinə torpaq əldə etməyə girişiblər. İstəklərinə çatıblarsa, bunu “Ordu millət” olmaları ilə əsaslandırıblar. “Məqsədlərinə” çatmayanda isə özlərini məzlum kimi qələmə veriblər. Heç cür anlamayıblar ki, başqasının yurd-yuvasına göz tikmək cəzasız qalmayacaq. İndi də eyni xislətdədirlər. Dəyişən heç nə yoxdur.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri