Icma.az
close
up
RU
Sayğacların abonentlərə xəbər verilmədən dəyişdirilməsi qanunsuzdur AÇIQLAMA

Sayğacların abonentlərə xəbər verilmədən dəyişdirilməsi qanunsuzdur AÇIQLAMA

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən ilin sonunda “Azəriqaz” smart tipli sayğacları mexaniki ilə əvəzlədi. Yəni 21-ci əsrdən 20-ci əsrə qayıtdı. Adını belə qoydular ki smart sayaclar gya hər 5 ildən bir ekspertiza üçün yoxlanışa aparılır. Bu hesabla 5 ildən sonra yenidən smart tpli sayğaca keçəcəyik, ya da mexaniki sayğacımız, yenisiylə əvəzlənəcək. Belə çıxır. Məsələnin başqa tərəfi “Azəriqaz” tərəfindən “yararsız” elan olunan smart tipli sayğacların köhnə, işlənmiş mexaniki sayğaclarla əvəzlənməsidir. İlk vaxtlar təqdim olunan qəbzlərdəki abonent nömrələri başqa abonentin adına olurdu, yəni, bir abonentin sayğacını çıxarıb başqa ünvana quraşdırırdılar, sistem ləng işlədiyindən köhnə abonentin kodu çıxırdı. Hansısa ünvandan mexaniki sayğacı çıxarıb başqa ünvana gətirməyin “fəlsəfəsi” nədir, indi məlum olur. Mexaniki sayğaclar qaz sərfyyatını daha çox göstərir, ya da burada kənar müdaxilə var. Abonentlər də bundan sosial şəbəkələrdə narazılıq edirlər. Bir çoxları bu qənaətdədir ki, mexaniki sayğaclar smart-kart tipli sayğaclarla müqayisədə təbii qaz sərfiyyatını daha çox göstərir. Həmçinin mexaniki sayğaclara kənardan müdaxilə imkanları mümkündür və bu səbəbdən abonentlər daha yüksək ödəniş etməli olurlar. Smart-kart tipli sayğacların abonentlərə xəbərdarlıq edilmədən gizli şəkildə mexaniki ilə əvəzlənməsi də şübhələri artırır. Həqiqətən də “Azəriqaz” əməkdaşları abonentlərə məlumat vermədən, sayğacları tələsik, gizlicə, xəbərsiz niyə dəyşməli idi ki?  

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, təxminən 10 il “Azəriqaz” smart tipli sayğaclara keçidi elan etdi və əksər abonentlərə Fransa istehsalı olan keyfiyyətli smart tipli sayğaclar quraşdırıldı: 

- Sayğacların abonentlərə xəbər verilmədən dəyişdirilməsi qanunsuzdur. Bir neçə il əvvəl bizim ofisdə də sayğacı dəyişmək istəyirdilər, həmin vaxt gəlib çıxmasaydım, dəyişəcəkdilər. İcazə vermədim. Smart tipli sayğaclara müdaxilə mümkün deyil deyə, mexaniki sayğaclara keçirlər. Texniki sənədlərdə qarantiya verilir, neçə müddətlikdir. Sayğaclar dəfələrlə dəyişdirilir. Üzərini qapaqla örtmürlər. küçədə quraşdırılır, açıq qalır, sonra da gəlib abonenti təhdid edirlər ki, müdaxilə etmisiniz sayğaca. Sayğaclar qutunun içində olmalı və abonentin iştirakı ilı baxılmalı, qəbz yazılmalıdır. Gəlib özbaşına açırlar, baxırlar, abonentə bildirilmir, nə qədər sərfuyat olub, necə hasablanır. Ev sahibi evdə deyilsə, onun sayğacını dəyişmək, qapağı açmaq olmaz. “Azəriqaz” özünü hokmran kimi aparır, abonent hüquqlarını saymır, nəzərə almır, istədiyini edir. Smart tipli sayğacların mexaniki ilə əvəzlənməsinin daha çox sərfiyyatın qeydə alınması məqsədi daşıdığına, qaza olan itkini bununla bağlamağa çalışıldığına dair şübhələr var, amma rəsmi bir şəxs çıxıb açıqlama vermək, izah etmək məsuliyyəti daşımır.  

M.Qəhrəmanlı bildirdi ki, “Azəriqaz” da ciddi struktur dəyişikliyi aparılmalıdır. Yuxarıdan aşağıya: 

- “Optimallaşdırma” dedikləri prosesə rəhbər vəzifələrdən başlasalar yaxşıdır. Orada ciddi struktur islahatları aparılmalıdır. “Azəriqaz” Dövlət Neft Şirkətinin tərkibindən çıxarılmalıdır. Hasilatla satış bir əldə cəmlənə bilməz. Ciddi yoxlamalar aparılmaldırı, müstəqil qurum tərəfindən. Satışla bir deyil, 2-3 şirkət məşğul olmalıdır, necə ki bir sıra Avropa ölkələrində belədir. Abonentlər narazı, əməkdaşlar narazı, amma veclərinə deyil. Abonentlərin çağırışına cavab verilmir. Adını “ağıllı sayğac” qoymuşdular, nə oldu? İşləri hardansa sayğac almaq, sayğac dəyişməkdir. Özü də xəlvəti. Kefləri nə istəyir, onu edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Mart 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri