Mənzillərdə sayğacların dəyişdirilməsi Vətəndaş əlavə xərc ödəməlidirmi?
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ümumi qayda belədir: məişət abonenti, yəni yaşayış evlərində və mənzillərdə məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxslərin sayğaclarının təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi müvafiq təchizatçı müəssisənin vəsaiti hesabına həyata keçirilməlidir.
Bu sözləri SİA-ya vəkil Səma Əhmədova deyib.
O sözlərinə belə davam edib: “Belə ki, “Elektroenergetika haqqında” Qanunun 29.9-cu maddəsinə əsasən, məişət istehlakçıları üçün elektrik sayğaclarının təchiz edilməsi, quraşdırılması və dəyişdirilməsi müvafiq sistem operatorunun vəsaiti hesabına həyata keçirilir.
Eyni yanaşma “Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsində də təsbit edilib. Həmin normaya görə, məişət qaz qurğularından istifadə edən fiziki şəxslərin sayğacları müvafiq sistem operatorunun vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Su sayğaclarına münasibətdə isə “Su təchizatı və tullantı suları haqqında” Qanunun 31-ci maddəsinin tələbləri tətbiq olunur. Fiziki şəxs olan əhali istehlakçılarının su sayğacları ilə təmin edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
Bəs hansı hallarda vətəndaşdan ödəniş tələb edilə bilər?
Burada mühüm istisna istehlakçının öz təqsiri ilə sayğacın zədələnməsidir. Məsələn, sayğaca müdaxilə edilməsi, onun qəsdən sıradan çıxarılması və ya istehlakçının təqsiri nəticəsində zədələnməsi hallarında dəyişdirilmə xərclərinin istehlakçının üzərinə qoyulması mümkündür.
Lakin sayğacın istismar müddətinin başa çatması, texniki nasazlıq və ya təchizatçı müəssisənin təşəbbüsü ilə həyata keçirilən planlı dəyişdirilmə öz-özlüyündə vətəndaşın əlavə ödəniş etməsi üçün əsas deyil.
Vətəndaş nə etməlidir?
Əgər təchizatçı müəssisə və ya digər qurum sayğacın dəyişdirilməsi üçün ödəniş tələb edirsə, vətəndaş ilk növbədə bu tələbin hüquqi əsasını və ödənişin nəyə görə hesablandığını yazılı şəkildə tələb etməlidir.
Ödəniş tələbinin qanuni əsası olmadıqda, aidiyyəti təchizatçı müəssisəyə, müvafiq nəzarət orqanına və zərurət yarandıqda məhkəməyə müraciət etmək mümkündür”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 18 Noyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















