“Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində növbəti konsert
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə ithaf olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev layihənin əhəmiyyətindən danışıb.
Direktor vurğulayıb ki, Prezident İlham Əliyevin 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı Sərəncam imzalanması, eləcə də dövlət başçısının 2024-cü ildə sənətkarın abidəsinin açılış mərasimində səsləndirdiyi fikirlər bu böyük sənətkarın irsinə verilən yüksək qiymətin göstəricisidir.
“Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin zirvəsi, “Dədə”lik məqamına yüksəlmiş nadir sənətkarlardandır. Onun yaradıcılığında insan və təbiət gözəlliyi, eləcə də təsəvvüfi-irfani düşüncə yüksək bədii səviyyədə ifadə olunub. Aşıq Ələsgər ümumtürk aşıq poeziyasının ən möhtəşəm simalarından biri kimi Yunus Əmrə, Əhməd Yəsəvi, Qurbani və Abbas Tufarqanlı kimi böyük sənətkarların davam etdirdiyi irfani-poetik xəttin parlaq nümayəndəsidir. Aşıq Ələsgər Azərbaycan dilinin saflığını, milli koloritini və bədii zənginliyini özündə əks etdirən nadir poetik nümunələr yaradıb. Onun dili həm sadə, həm də dərin fəlsəfi qatlara malikdir.
Professor Ali Kafkasyalı Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr etdiyi “Göyçənin bilgə ozanı: Aşıq Ələsgər” adlı kitabı barədə geniş məlumat verib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair-publisist Yusif Nəğməkar Aşıq Ələsgər zirvəsinin bədii-estetik və mənəvi miqyasını səciyyələndirib.
Tədbirin bədii hissəsi ilə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 27 Aprel 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















