Icma.az
close
up
RU
Növbəti konsert “Sazın səsi, sözün nəfəsi”

Növbəti konsert “Sazın səsi, sözün nəfəsi”

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli folklorşünas-alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin anadan olmasının 80 illiyinə həsr olunmuş “Sazın səsi, sözün nəfəsi” adlı konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə AMEA Folklor İnstitutunun “Folklor studiyası”nın hazırladığı Elxan Məmmədlinin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib. Filmdə alimin elmi axtarış yolu, topladığı folklor nümunələri, çap etdirdiyi fundamental tədqiqatları və xatirələri əksini tapıb.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev tanınmış alim, mərhum folklorşünas Elxan Məmmədlinin folklorun tədqiqi, toplanması və təbliği sahəsindəki xidmətlərindən bəhs edib. “O, Azərbaycan folklorşünaslığında yalnız tədqiqatçı kimi deyil, həm də milli-mədəni missiyanın daşıyıcısı kimi xüsusi yer tutub. Elxan Məmmədli folklora təkcə keçmişin yaddaşı kimi deyil, “yaşayan sistem” kimi yanaşıb, araşdırmalarını əsasən canlı folklor mühitində aşıq məclislərində və folklor ekspedisiyaları zamanı topladığı materiallar əsasında aparıb”,- deyə o əlavə edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın sözlərinə görə, Elxan Məmmədlinin gənc aşıqların yetişməsində, aşıq sənətini sevməsində müstəsna xidməti olub.

Elxan Məmmədlinin qardaşı Eldar Məmmədli ailəsi adından tədbir təşkilatçılarına təşəkkür edib.

Tədbirin bədii hissə ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri