Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Sazın, sözün ÜRFAN NƏFƏSİ

Sazın, sözün ÜRFAN NƏFƏSİ

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əkbər QOŞALI

Azərbaycan aşıq sənəti tarixdən gələn ulu səsdir – bəzən könül titrədən bir yanıqlı havada, bəzən haqqın-ədalətin carçısı olan qılınc kimi kəsərli misralarda, bəzən də insan taleyini naxışlayan incə duyğuların ifadəsində yaşayır o... Ustad Aşıq Əli Ürfan (Quliyev) bu böyük sənətin yalnız daşıyıcısı deyil, həm də onu yeni nəfəs, yeni ruhla zənginləşdirənlərdən biridir. Çağdaş saz sənətinin canlı klassiklərindən, böyük aşıq-ozan gələnəyinin qutsal yolunda yürüyənlərdən Aşıq Əli Ürfanın bugün 75 yaşı tamam olur. - Ustadın mənəvi ustadı Aşıq Veysəl necə deyirdi? -
Uzun incə bir yoldayam
Gedirəm mən gündüz-gecə;
Bilmirəm ki nə haldayam
Gedirəm mən gündüz gecə…

Yollar yolçusuz, qollar sazsız, dillər sözsüz qalmasın!

Ustadın yubileyi sadəcə bir ömür tarixinin tamamlanması deyil, həm də bir saz ömrünün hesabatıdır. Çünki ustad sazı sadəcə bir musiqi aləti olmaqda qalmayıb, həm də dil açıb danışan bir tarix bitigi (kitabı) kimidir. Onun misraları könüldən gəlir, könüllərə yol tapır. Elə ona görə də ustadın adı çəkiləndə hər kəsin zehnində “Dilqəmi”nin yanıqlı sədaları ucalır. Necə ki, Aşıq Ədalətin adı gələndə “Yanıq Kərəmi”, Cilli Müseyib xatırlananda “Orta Sarıtel”, Aşıq Xanlar deyiləndə “Baş Sarıtel” yada düşür, eləcə də Aşıq Əli Ürfan adını eşidən hər kəs “Dilqəmi” havasına köklənir sanki.

Ürfan Əli sadəcə bir saz ifaçısı deyil, o, həm də söz ustadıdır. Onun şeirləri yalnız klassik aşıq şeirinin çərçivəsində qalmır, ürfani dərinlikdən gələn, ilahi eşqə və insan taleyinə bağlılıq daşıyan misralarla doludur. Ustadın sənət uğurları, ona bəslənən sevgi təsadüfi deyil, o, bu yolun dərvişidir, öz sazının və sözünün ustad xidmətçisidir.

Şair deyir:
“Bu sabahlar bir qiyamət qopartdı,
Saz Əlinin, Əli sazın eşqinə”…
- Bax, bu misralarda da, yalnız bir sazəndənin eşqi deyil, həm də sazın toxunduğu, canlandırdığı ruhda yaşayan minilliklərin səsi, ünü vardır…

Azərbaycan aşıq sənəti, necə deyərlər, yalnız nominal musiqi sayılmamalı, həm də ruh halı, səsin 1001 çalarını ötən hadisə sayılmalıdır; ozan-aşıq sənəti dərin məhəbbətin, üfüqün ötəsinə səslənişin özüdür. Ürfan Əlinin sazında-sözündə bu gözəlliklər çiçək-çiçək, ləçək-ləçək, ürək-ürəkdir...

Aşıq Əli Ürfan öz sazına, öz sənətinə yalnız bir musiqiçi kimi deyil, can verən, ruh gətirən, mənəvi yük daşıyan hadisə kimi baxır. Onun misralarında ulusun dərdləri, sevinc dolu günləri, ağrıları, umudları və güvəncəsi var. O özü də (hələ cavanlıqdan) bu umudun daşıyıcılarından biri olub. Yoxsa, necə deyərlər, özü bal yeyən loğmanın xəstəyə “bal yemə!” hökmü keçməz(di)…
Aşıq Əlinin sənət yoluna nəzər saldıqda, Aşıq Əmrah Gülməmmədov, Mikayıl Azaflı, Hüseyn Saraclı, Kamandar Əfəndiyev, Əkbər Cəfərov, İmran Həsənov, Əlixan Niftəliyev, Ədalət Nəsibov və Xanlar Məhərrəmov… kimi sənətkarlar silsiləsi yada düşür - Onun adı da bu silsilədə özünəxas yerdə dayanır. Bu, yalnız bir ad sıralaması deyil, həm də ulu sənət yolunun davamılılığının, inkişaf yolunun ifadəsidir. Elə buna görə də, Ürfan Əlinin yetirmələri də artıq neçə illərdir səhnələrdə boy verib görsənir, sənətin gələcəyini nişan verirlər.

Ürfan Əlinin bu gözəl yubiley yaşını, sazın ömrə calandığı bu qutlu günü, könül dolusu sözlərlə salamlayıram. Onun sazını gələcək nəsillər də dinləyəcək, onun qoşmaları, gəraylıları yaddaşlarda yaşayacaq, dillərdən düşməyəcək. Ürfan Əli təkcə sazını deyil, həm də sazın ruhunu yaşadan ustadlardandır.

Saza könül verən, sazda yaşayan, sözün sehrini, sazın hikmətini öz taleyində yoğuran ustad aşığımıza könül xoşluğu içində uzun ömür, sağlam can diləyirəm!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri