Icma.az
close
up
RU
SCFnin həmsədri: İqlim Maliyyəsi üzrə Daimi Komitənin resursları 60% artırılıb

SCFnin həmsədri: İqlim Maliyyəsi üzrə Daimi Komitənin resursları 60% artırılıb

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İqlim Maliyyəsi üzrə Daimi Komitənin sonuncu toplantısından bəri maliyyə resurslarnda 60%-lik artım müşahidə olunub".

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası əsasında fəaliyyət göstərən İqlim Maliyyəsi üzrə Daimi Komitənin (SCF) həmsədri, səfir Diann Blek Leyn COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti" mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

"Bizim fəaliyyətimizin əsas məqsədi məlumatların toplanması, uşaqlar və gənclərin ehtiyaclarını nəzərə alan tədbirlərin maliyyələşdirilməsi, Paris Sazişi çərçivəsində görüləcək işlərin həyata keçirilməsi üçün vəsaitlərin ayrılmasıdır. Bununla yanaşı, məlumatlandırma məhsullarının yaradılması və tətbiqi sahəsində də töhfəmizi veririk", - D.Leyn vurğulayıb.

Həmsədr əlavə edib ki, komitə xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərir:

"Məsələn, bu il Tanzaniyaya maliyyə dəstəyi göstərilib. Biz həmin vəsaitlərin necə sərf edildiyini və bu tədbirlərin konkret nəticələrini təhlil edirik. Bu məlumatlar əsasında xüsusilə inkişaf etməkdə olan ölkələrdə tədbirlərin maliyyələşdirilməsini dəstəkləyirik".

D.Leyn, həmçinin bildirib ki, komitə dövlətlərlə qarşılıqlı əlaqədə işləyir və milli səviyyədə hazırlanan sənədlərin layihələrini nəzərdən keçirir:

"Gənclərlə bağlı ayrıca büdcə maddəmiz olmasa da, büdcə formalaşdırılarkən dövlətlərin təqdim etdiyi məlumatlara əsasən təhsil, idman kimi sahələrdə maliyyələşdirmə imkanlarını nəzərdən keçiririk".

Sonda səfir qeyd edib ki, komitənin məqsədi həm maliyyə yardımı göstərmək, həm də məlumat əsasında səmərəli tədbirləri dəstəkləməkdir.

"Davamlı iqlim tədbirləri üçün maliyyə mexanizmlərinin şəffaf və effektiv olması əsas prioritetlərimizdəndir," - deyə Diann Blek Leyn vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri