Icma.az
close
up
RU
SCFnin həmsədri: İqlim Maliyyəsi üzrə Daimi Komitənin resursları bu günə 60 % artırılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

SCFnin həmsədri: İqlim Maliyyəsi üzrə Daimi Komitənin resursları bu günə 60 % artırılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqlim Maliyyəsi üzrə Daimi Komitənin sonuncu toplantısından bəri maliyyə resurslarnda 60 %-lik artım müşahidə olunub.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası əsasında fəaliyyət göstərən İqlim Maliyyəsi üzrə Daimi Komitənin (SCF) həmsədri, səfir Diann Blek Layne COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti" mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.

"Bizim fəaliyyətimizin əsas məqsədi məlumatların toplanması, uşaqlar və gənclərin ehtiyaclarını nəzərə alan tədbirlərin maliyyələşdirilməsi, Paris Sazişi çərçivəsində görüləcək işlərin həyata keçirilməsi üçün vəsaitlərin ayrılmasıdır. Bununla yanaşı, məlumatlandırma məhsullarının yaradılması və tətbiqi sahəsində də töhfəmizi veririk", - D. Layne vurğulayıb.

Həmsədr əlavə edib ki, komitə xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərir:

"Məsələn, bu il Tanzaniyaya maliyyə dəstəyi göstərilib. Biz həmin vəsaitlərin necə sərf edildiyini və bu tədbirlərin konkret nəticələrini təhlil edirik. Bu məlumatlar əsasında xüsusilə inkişaf etməkdə olan ölkələrdə tədbirlərin maliyyələşdirilməsini dəstəkləyirik".

D. Layne, həmçinin bildirib ki, komitə dövlətlərlə qarşılıqlı əlaqədə işləyir və milli səviyyədə hazırlanan sənədlərin layihələrini nəzərdən keçirir:

"Gənclərlə bağlı ayrıca büdcə maddəmiz olmasa da, büdcə formalaşdırılarkən dövlətlərin təqdim etdiyi məlumatlara əsasən təhsil, idman kimi sahələrdə maliyyələşdirmə imkanlarını nəzərdən keçiririk".

Sonda səfir qeyd edib ki, komitənin məqsədi həm maliyyə yardımı göstərmək, həm də məlumat əsasında səmərəli tədbirləri dəstəkləməkdir.

"Davamlı iqlim tədbirləri üçün maliyyə mexanizmlərinin şəffaf və effektiv olması əsas prioritetlərimizdəndir," - deyə Diann BlekLayne vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 Noyabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri