Icma.az
close
up
RU
SDU nun Brend tələbə ləri mükafatlandırılıb FOTOLAR

SDU nun Brend tələbə ləri mükafatlandırılıb FOTOLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

AzEdu.az və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, portalın müxbiri Esmira Əliyeva, SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov, Tədris Metodiki Mərkəzinin direktoru Elnarə Məmmədova, Magistratura, doktorantura və elm şöbəsinin müdir vəzifəsinə dosenti Samir Orucov, Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Anar Dünyamalıyev, İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Elgün Rüstəmlilər və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Elmar Xəlilovun nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib:

“Fürsətdən istifadə edərək həm rektora, həm də fakültə dekanlarına təşəkkürümü bildirirəm. Çünki həmin "Brend tələbə" adına layiq gəncləri seçib bizə təqdim ediblər.

Hər insana Allah liderlik keyfiyyətlərini vermir. Yaxşı tələbə ola bilərsən, yaxşı savada malik ola bilərsən, amma kütləni öz arxanca aparmaq qabiliyyəti hər insana nəsib olmur. Dünya tarixində və praktikasında bir çox dövlət xadimləri olub və onların fəaliyyətləri göz qabağındadır. Azərbaycanda belə liderlərdən biri Ulu Öndər Heydər Əliyev olub. O, həm yüksək elmi biliyə, savada, həm də bir nömrəli liderlik keyfiyyətlərinə sahib idi.

Əgər kimsə nümunə olaraq bir lider görmək istəyirsə, Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə baxa bilər. Cənab Prezidentin natiqliyi, kreativ yanaşmaları, qeyri-adi düşüncə tərzi və ən əsası Azərbaycan xalqını ayağa qaldıraraq II Vətən müharibəsinə səfərbər etməsi, bizim qalibiyyətimizi təmin etməsi böyük nümunədir.

Görün o tarixi yazan hansı gənclərimiz olub? Hər biri bir lider idi. 44 günlük müharibədə şəhid olan qəhrəmanlarımız liderliyin ən ali nümunəsini göstərdilər. Liderlər elmdə və təhsildə də var. Gənclərimiz Azərbaycanın üçrəngli bayrağını dünya çempionatlarında zirvəyə qaldırırlar. Siz də lidersiniz, sadəcə bu, sizin ilkin mərhələnizdir. Əminliklə qeyd etmək istərdim ki, burada əyləşən tələbələr düzgün seçilib və sizlərə təqdim edilib”.

Daha sonra Ləman Novruzova layihənin tələbələr arasında sağlam rəqabət və motivasiya yaratmasından danışıb, onları təbrik edərək təhsil həyatlarında uğurlar arzulayıb:

“Düşünürəm ki, minlərlə tələbənin içərisindən seçilən 10 nəfər olmaq həm qürur, həm də böyük məsuliyyətdir. Təhsil aldığınız universitetin sizləri bu siyahıya daxil etməsi həm tələbəlik illərində göstərdiyiniz səylərin, həm də bilik və bacarıqlarınızın yüksək qiymətləndirildiyini göstərir. İnanıram ki, gələcəkdə də bu etimadı təhsil aldığınız müəssisəyə doğruldacaqsınız.

Layihə barədə qısa məlumatı diqqətinizə çatdırmaq istərdim. “Brend tələbə” layihəsi AzEdu.az Təhsil Portalı tərəfindən artıq 3 ildir ki, həyata keçirilir. Biz bu layihəyə başlayanda 20 universitetlə əməkdaşlıq edirdiksə, artıq bu say 29-a yüksəlib. Gələcəkdə ən böyük hədəfimiz Azərbaycanın bütün ali təhsil müəssisələrini əhatə etməkdir.

Bəs sizlər necə seçilmisiniz? AzEdu.az Təhsil Portalı tərəfindən bir sıra obyektiv meyarlar təqdim olunur. Bu meyarlara milli məsələlər, dövlətçilik, dil bacarıqları, yüksək ortalama göstəricisi, könüllülük fəaliyyəti, universitetin sosial həyatında aktiv iştirak, rəsm və musiqi kimi bacarıqlar və digər kriteriyalar daxildir. Həmin meyarlara uyğun olan tələbələr “Brend tələbə” adına layiq görülürlər. Bir daha hər birinizi təbrik edirəm. Bizim ən böyük məqsədimiz isə tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması, fəaliyyəti ilə daim özünü inkişaf etdirən tələbələrin Azərbaycanın ən böyük təhsil portallarından biri vasitəsilə geniş şəkildə ictimaiyyətə təqdim olunmasıdır".

Elnarə Məmmədova qeyd edib ki, bu mənim üçün qürurverici bir hadisədir:

“Bizim 10 nəfər tələbəmiz ‘Brend tələbə’ adına layiq görülüb. Dərs dediyim tələbələrə hər zaman deyirəm ki, universitet təkcə təhsil almaq demək deyil. Sosial fəaliyyətlərdə, olimpiadalarda iştirak etmək də inkişafın mühüm tərkib hissəsidir. Bu gün dərs dediyim tələbələrdən bəzilərini burada əyləşənlər arasında görürəm. Ümid edirəm ki, gələcəkdə siz təhsil aldığınız ali təhsil müəssisəsinin adını hər zaman uca tutacaqsınız. Hər birinizə uğurlar arzu edirəm. Daim inkişafa doğru addımlamaq lazımdır".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Sumqayıt Dövlət Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

Nihad Nəzərli-Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Murad Muradlı-Biznesin idarə edilməsi ixtisasının tələbəsi;

Nübar Rəhimova- Kimya ixtisasının tələbəsi;

Məleykə Xankişiyeva- Biologiya ixtisasının tələbəsi;

Həmayıl Musayeva-Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbəsi;

Həsrət Süleymanov-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi;

Ayxan Hüseynov-Mexatronika və robototexnika mühəndisliyi ixtisasının tələbəsi;

Aydın Qasımov-Politologiya ixtisasının tələbəsi;

Fidan Əhədova-İdarəetmədə informasiya sistemləri ixtisasının tələbəsi;

Elvin Abdullayev-Riyaziyyat müəllimliyi ixtisasının tələbəsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri