Icma.az
close
up
RU
Sea Breeze”də qadına “söz” atıb, ərini döyən şöbə rəisi ilə bağlı məhkəmə qərarı açıqlandı

Sea Breeze”də qadına “söz” atıb, ərini döyən şöbə rəisi ilə bağlı məhkəmə qərarı açıqlandı

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Orxan Mirzəyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Sabunçu Rayon Məhkəməsinin çıxardığı Orxan Mirzəyevə 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edib. İttihama görə, hadisə 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Sea Breeze” istirahət mərkəzində qeydə alınıb. Belə ki, Orxan Mirzəyev sərxoş vəziyyətdə çimərlikdə olan qadına ədəbsiz təkliflər edib. Sonra qadının əri A.M. (şərti) təqsirləndirilən şəxsə irad bildirib. Bu zaman Orxan həmin şəxsi təhqir edərək heç bir əsaslı səbəb olmadan A.M.-in sifət və ənsə nahiyəsinə yumruqla zərbə endirərək ona bədən xəsarətləri yetirib. Həmin vaxt iş üzrə digər zərərçəkmiş Ə.Z. (şərti) mübahisəni sakitləşdirmək məqsədi ilə Orxana qanunsuz hərəkətlərinin qarşısını alaraq onu kənara çəkməyə çalışıb. Təqsirləndirilən şəxs isə hərəkətlərini davam etdirərək müqavimət göstərib, həmin şəxsin də ünvanına nəlayiq ifadələr işlədib, xuliqanlıq niyyəti ilə Ə.Z.-nin sifət nahiyəsinə iki dəfə vurub. Nəticədə Orxan digər zərərçəkmişə də bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq edib. Hadisədən sonra Orxan Mirzəyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

 
Qeyd: Orxan Mirzəyev MMC-lərin birində marketinq və satış şöbəsinin rəisi vəzifəsində işləyir.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Noyabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see158

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see140

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see126

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see114

Ömər Bolat Yaponiyaya gedəcək

22 Aprel 2025 16:01see109

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see109

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see109

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri