Icma.az
close
up
RU
“Səbail” getdi, son iki tur formallığa çevrildi

“Səbail” getdi, son iki tur formallığa çevrildi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

32-ci turda çempion, 33-cü turda 2-ci yerin sahibi bəlli olmuşdu.

Hadisələrin məntiqi axarına əsaslansaq, 34-cü turda da 3-4-cü yerlərin sahibləri bilinməliydi. Bunun üçün sadəcə, “Araz-Naxçıvan”la “Turan Tovuz”un xal qazanması lazım idi. Amma ikisi də uduzdu, bu üzdən son iki tur üçün kiçik intriqa qaldı. Təbii ki, naxçıvanlılar son turlarda ən azı 1 xal qazanacaq, təbii ki, tovuzlular da 4-cü yeri “Sabah”a verməyəcək. Yenə də son iki turun nəticələrini gözləməliyik.
Turun ilk oyununda “Sabah” inamlı qələbə qazandı. Bu gün nə “bayquşlar”ın hansısa motivasiyası var, nə də “Şamaxı”nın. Amma Vasili Berezutski bütün oyunlara kubokun baş məşqçi, futbolçularını formada saxlamaq vasitəsi kimi baxmağa məcburdu. “Şirlər”lə qarşılaşma bu mənada vəziyyətin heç də pis olmadığını göstərdi.
“Zirə” yenə üslubuna sadiq qaldı. “Qartallar” rahatca “Səbail”i məğlub etməklə 1-ci liqaya göndərdi. Əslində “dənizçilər”in elitada qala bilməyəcəyi çoxdan – hələ Cavid Hüseynov “üsyan bayrağı açıb” gedəndə bəlli idi. Mayın 10-da çoxdan gözlənilən qətl reallaşdı. “Səbail” 2017/18 mövsümündən daimi sakini olduğu elita ilə vidalaşdı. Təbii, 1-ci liqaya yuvarlanmaq dünyanın sonu deyil. Axı klubun müəyyən infrastrukturu, maliyyə gücü var. “Keçmiş olsun” deyib, elitaya dönmək üçün işə başlamaq lazımdı.
Şənbənin digər oyununda “Turan Tovuz” evdə “Neftçi”yə uduzdu. Nə qədər inandırıcı olmasa da, bəlkə də bu qələbə “ağ-qara” camiəyə müəyyən inam, güvən bəxş edəcək. Tovuzluların işi isə Allaha qalıb, daha doğrusu, onların “Qarabağ”ın kuboku qazanması üçün dua etməkdən başqa yolu yoxdu. Açıq-aşkar görünür ki, komanda 4-cü yerlə barışıb, özünəməxsus psixoloji böhran, doymuşluq kompleksi yaşayır. Məhz belə məqamlarda baş məşqçinin bacarığı önə çıxmalıdı. Düzünə qalsa, biz Kurban Berdıyevdən lazımi canfəşanlığı görmürük.
Bazar günü turnir cədvəlinin aşağı hissəsində yerdəyişmə baş verdi. “Kəpəz” qalmaqalla bitən oyunda “Sumqayıt”ı məğlub etməklə bir pillə irəlilədi. Necə deyərlər, yeni sponsorun gəlişi düşərli oldu. “Sumqayıt” isə elitada qalacağı bəlli olandan sonra mövsümü yola verməklə məşğul idi. Odu ki, yetirmələrini yeni uğurlara səsləyə bilməyən Vaqif Cavadovun istefaya göndərilməsi təəccüb doğurmadı.
“Qarabağ”la “Araz-Naxçıvan”ın duelləri ətrafında müəyyən prinsipiallıq yaranmışdısa da, rüşeym mərhələsində boğuldu. Niyə belə deyirik? Çünki heç bir turnir hədəfi qalmayan ağdamlılar “qırmızı-ağlar”ı oynaya-gülə, heç bir şans vermədən məğlub etdi. Bir qədər əvvəl “Turan Tovuz” haqda işlətdiyimiz ifadələri “Araz-Naxçıvan”a da aid etmək istəyirik. Komanda artıq bu mövsüm üçün işini bitmiş sayır, nəticəyə zərrəcə önəm vermir, sanki nəyisə gözləyir. Gözlənilən avrokubok sınağı ərəfəsində heç də yaxşı əlamət deyil.
Misli premyer-liqası
4-cü dövrə, 34-cü tur 
9 may 
Sabah - Şamaxı 3:1
10 may 
Səbail - Zirə 0:1
Turan Tovuz - Neftçi 1:2
11 may
Kəpəz - Sumqayıt 1:0
Qarabağ - Araz-Naxçıvan 2:0

1. Qarabağ 34 26 5 3 82-19 83
2. Zirə 34 22 4 8 57-26 70
3. Araz-Naxçıvan 34 14 13 7 33-28 55
4. Turan Tovuz 34 12 13 9 40-39 49 
5. Sabah 34 9 17 8 48-45 44
6. Neftçi 34 9 13 12 36-48 40 
7. Şamaxı 34 9 9 16 32-44 36
8. Kəpəz 34 8 8 18 28-58 32
9. Sumqayıt 34 8 6 20 27-51 30
10. Kəpəz 34 4 10 20 27-52 22
Bombardirlər: Leandro Andrade (Qarabağ) - 14, Salifu Suma (Zirə) – 12, Davit Volkov (Zirə) - 11, Cesse Sekidika (Sabah) - 10.
Növbəti turun oyunları mayın 17-18-də keçiriləcək: “Sumqayıt” - “Turan Tovuz”, “Zirə” - “Sabah”, “Şamaxı” - “Araz-Naxçıvan”, “Neftçi” - “Səbail”, “Qarabağ” - “Kəpəz”.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 May 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri