Icma.az
close
up
RU
“Səbail” son saniyələrdə yıxıldı

“Səbail” son saniyələrdə yıxıldı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zirə (Bakı) - Səbail (Bakı) 1:0 (0:0)
13. Aydın Bayramov - 6,0
32. Qismət Alıyev (k) - 6,0
8. İsmayıl İbrahimli - 6,0
(18. Martins Junior, 77) - qiymətsiz
11. Rüstəm Əhmədzadə - 5,6
(90. Davit Volkov, 66) - 5,5
4. Ruan Renato - 6,0
10. Georgi Papunaşvili - 6,0
70. İssa Cibrila - 5,5
(7. Məqsəd İsayev, 66) - 5,5
23. Rafael Utziq - 6,0
3. Ange Mutsinzi - 6,0
(14. Elçin Əlicanov, 77) - qiymətsiz
17. Ayron Qomis - 5,5
19. Salifu Suma - 6,5
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
21. Hacıağa Hacılı
29. Ceyhun Nuriyev
5. Stefan Aka
15. Pyer Zebli
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Salifu Suma
1. Hüseynəli Quliyev - 5,6
96. İlkin Muradov - 5,0
(83. Nihad Quliyev, 90+2) - qiymətsiz
74. Yusif Nəbiyev (k) - 5,0
20. Mərt Çelik - 5,5
11. Rüfət Abdullazadə - 6,0
18. Süleyman Əhmədov, 81) - qiymətsiz
3. Dmitri Litvin - 5,5
99. İnnosent Nşuti - 5,5
(10. David Qomis, 68) - 5,0
4. Marko Nikoliç - 5,0
7. Madi Queta - 5,5
(22. Mirabdulla Abbasov, 81) - qiymətsiz
5. Gitay Sofir - 5,5
14. Süleyman Alluş - 5,0
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
77. Fərid Nəbiyev
19. Samir Abdullayev
16. Emin Rüstəmov
97. Oruc Məmmədov
88. Hacıəli Şirəliyev
44. Amir Bilali
Baş məşqçi: Cavid Hüseynov.
Komandanın ən yaxşısı: Rüfət Abdullazadə
Qol: R.Renato, 90+6 (M.İsayev).
Vərəqələr: H.Quliyev, 90+1 (oyunun bərpasının ləngidilməsi) - sarı. S.Alluş, 74 (təcavüzkar davranış) - qırmızı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Pərvin Talıbov (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
9 mart. Zirə. İdman Kompleksinin stadionu. 700 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Kubokda mübarizəni dayandıran “Zirə”nin artıq tam çempionata kökləndiyi heç kimə sirr deyil.

Son 5 matçda qələbəyə həsrət qalan Cavid Hüseynovun komandası isə Zirəyə xal dalınca gəlmişdi. Yeri gəlmişkən, oyun günü “Səbail”in baş məşqçisinin 37 yaşı tamam olurdu. Futbolçuların əlinə onu xalla təbrik etmək üçün gözəl fürsət düşmüşdü. Amma…
Matçda ilk təhlükəli vəziyyət 3-cü dəqiqədə yarandı. Qismətin qapı qarşısına ötürməsini Rüstəm başla tamamlamaq istəsə də, Hüseynəli topu küncə çıxarmağı bacardı. 5 dəqiqə sonra Qismət yenidən qapı önünə ötürmə versə də, Utziq başla qeyri-dəqiq oynadı. “Qartallar”ın növbəti təhlükəli hücumu 12-ci dəqiqəyə təsadüf etdi. Utziqin zərbəsinə blok qoyulsa da, Papunaşvilinin uzaqdan baxımlı zərbəsi tirə tuş gəldi.
Qonaqların varlığını yalnız 20-ci dəqiqədə hiss etdik. Nşuti cərimə zərbəsində birbaşa qapını nişan alsa da, top “canlı sədd”ə dəyərək Mərtin önünə düşdü. Onun təkrar zərbəsi qeyri-dəqiq oldu. Cəmi 2 dəqiqə sonra Rüfət Abdullazadə uzaqdan bəxtini sınasa da, top qapıdan aralı keçdi. Qarşılıqlı hücumlar şəraitində davam edən hissənin sonunda “qartallar” hesabı açmağa yaxın oldu. Yusif Nəbiyevi geridə qoyan Salifu qapı önünə ötürmə verdi, amma Utziqin zərbəsi az fərqlə qapıdan aralı keçdi.
İkinci hissə də maraqlı alındı. Düzdü, təbiət, daha dəqiqi, sıx duman da artıq mübarizənin axarına “müdaxilə edirdi”. 59-cu dəqiqədə iki rəqibdən yayınan Queta qapını nişan alsa da, Aydın Bayramov zərbənin qarşısını aldı. 10 dəqiqə sonra Sumanın uzaqdan zərbəsi qeyri-dəqiq oldu. 0:0-a qane olmaq istəməyən Rəşad Sadıqov dəyişikliklərlə oyunun axarına müdaxilə etməyə çalışdı. Onun sonradan meydana buraxdığı Volkov hücum əməliyyatlarını canlandırdı. Amma yenə də hesab açılmaya bilərdi. Sadəcə, komandasının onsuz da rəqib hücumlarının qarşısını çətinliklə almasının fərqinə varmayan Alluş 74-cü dəqiqədə heç nədən “qırmızı” aldı.
Bundan sonra “qartallar” hücum dalğasını bir qədər də gücləndirdi. Məqsədin zərbəsi qapıdan aralı keçdi. 82-ci dəqiqədə Salifunun zərbəsindən sonra top qapı dirəyinə tuş gəldi. 90-cı dəqiqədə Salifu növbəti dəfə “dirəyin möhkəmliyini yoxladı”.
Nəhayət, son saniyələrdə meydan sahibləri qol istəyinə çatdı. Künc zərbəsi zamanı Rəşad Sadıqov Məqsəd İsayevə cərimə meydançasına daxil olmağı tapşırdı. Bu göstərişin bəhrə verdiyini qeyd etməliyik. Qismət kornerdən qapı qarşısına öütürmə verdi. Məqsəd başla zərbə endirsə də, top Ruana dəyərək tora daxil oldu. Qonaq müdafiəçilər həmin anda sanki hücumun axarını izləyirdi…
Beləliklə, “Zirə” ötən tur avrokuboklar uğrunda mübarizə aparan “Turan Tovuz”u məğlub edəndən sonra evdə “Səbail”dən də 3 xal ala bildi. 2-ci yer isə artıq avrokuboklara yüzfaizlik təminatdı.
Gözdən qaçmadı
* “Qartallar” və “Dənizçilər” azarkeş qrupları tribunada yerini almışdı.
* Oyunu izləyənlər arasında yığmanın baş məşqçisi Fernando Santuş da var idi.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Mart 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see363

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see357

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see271

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see245

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see203

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see190

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see187

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see184

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see183

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see171

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see171

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see166

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see165

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see164

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see164

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see161

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see157

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see155

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri