Icma.az
close
up
RU
Azərbaycanla oyun İsveç üçün formallığa çevrildi

Azərbaycanla oyun İsveç üçün formallığa çevrildi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yığmamızın da yer aldığı qrupda İsveçlə Slovakiya arasında B liqasına vəsiqə uğrunda mübarizənin son tura qədər davam edəcəyini proqnozlaşdırırdıq. Ancaq 5-ci turda bu mübarizənin taleyi həll olundu. Ötən ay bu komandalar arasında Bratislavada keçirilən oyun heç-heçə (2:2) bitmişdi. İsveç evdə qələbə qazanmaqla sona bir tur qalmış qrup liderliyini təmin etdi.

Solnada keçirilən oyun qarşılıqlı hücumlarla başladı. Təbii ki, belə oyunlarda qol vəziyyətlərinə daha həssas yanaşmaq lazımdı. Oyunun əvvəlində Suslov yaxşı imkanı boşa verdisə, cavab hücumunda Dyökereş hesabı açdı. Düzdü, sonradan rollar dəyişdi. Dyökereşin uğursuz hərəkətindən sonra topu ələ keçirən müdafiəçi Hantsko hesabı bərabərləşdirdi. Fasilədən sonra da komandaların irəli çıxmaq cəhdləri davam etdi. Maraqlıdı ki, yenə də səhnəyə Dyökereş çıxdı. Məhz adı çəkilən supersnayper 48-ci dəqiqədə İsaka məhsuldar ötürmə verdi. Ümumiyyətlə, Dyökereş son vaxtlar fantastik təsir bağışlayır. Xüsusən də Millətlər Liqasında. 5 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Marin, Kriştiano Ronaldo və Şeşko ilə birgə turnirin bombardirlərindəndi.
Beləliklə, İsveç bu qələbə sayəsində həm xalını 13-ə çatdırdı, həm də şəxsi oyunların nəticəsinə görə Slovakiya üçün əlçatmaz oldu. Digər tərəfdən, yığmamızla oyun da isveçlilər üçün formal xarakter daşıyacaq. Slovakiya isə Estoniya ilə oyunun nəticəsindən asılı olmayaraq, 2-ci pillədə qalacaq, bununla belə, gələn ilin martında B liqasına yüksəlmək üçün pley-off oyunları keçirəcək.
C liqası, 1-ci qrup
5-ci tur
Azərbaycan – Estoniya 0:0

İsveç – Slovakiya 2:1 (1:1)
İsveç: Yohansson, Qudmundsson, Hin, Lindelöf (Starfelt, 26), Sema, Saletros, Kulusevski, Ayyari (Çelstrem, 75), Eliasson (Holm, 75), İsak, Dyökereş.
Slovakiya: Dubravka, Hantsko, Şkrinyar, Vavro (Obert, 41), Dyomber (Şkrinyar, 90), Beneş (Bero, 57), Lobotka, Duda (Riqo, 67), Suslov, Strelets, Dyuriş (Şrants, 57).
Qollar: Dyökereş, 3 (1:0). Hantsko, 19 (1:1). İsak, 48 (2:1).
Vərəqələr: Hin, 15. Qudmundsson, 28. Rodak, 37. Dubravka, 45+2. Bero, 60. Şkrinyar, 69. Holm, 88 – sarı. Şkrinyar, 90 – qırmızı (ikinci sarı).
Hakim: Nikolay Balakin (Ukrayna).
16 noyabr. Solna. 36417 tamaşaçı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see406

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see292

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see221

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see200

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see192

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see182

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see182

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see179

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see179

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see178

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see176

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see172

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see161

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see160

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see158

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see157

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see157

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see149

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see149

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri