Icma.az
close
up
RU
Səbail Məhkəməsi qanunsuzluğun tərəfində dayandı VƏTƏNDAŞ İNAM KƏRİMOVDAN ƏDALƏT İSTƏYİR

Səbail Məhkəməsi qanunsuzluğun tərəfində dayandı VƏTƏNDAŞ İNAM KƏRİMOVDAN ƏDALƏT İSTƏYİR

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bakı Şəhər, Mərdəkan Qəsəbəsi sakini Əliquliyev Ramil Fəzayıl oğlu  Səbail Rayon Məhkəməsində üzləşdiyi qanunsuzluq faktından şikayətçidir. 

Vətəndaş Məhkəmə-Hüquq Şurasına, Bakı Apleyasiya Məhkəməsinə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına ünvanladığı şikayətin bir surətini də Gununsesi.info-ya təqdim edib.

Şikayətində vətəndaş,  ona və ailəsinə məxsus mülklərin aldatma yolu ilə əlindən alınmasından, həmçinin bu işə müraciət etdiyi məhkəmənin obyektiv baxmamasından bəhs edir:

Gununsesi.info sözügedən müraciəti olduğu kimi təqdim edir:

“Nəzərinizə çatdırıram ki, mənə, ailəmə, qohumlarımın barəsində Xəzər RPİ-də cinayət işi başlanılmış, cinayət təqibi aparılmışdır. Hazırda da cinayət təqibi davam edir. Həmçinin barəmizdə məhdudiyyətlər qoyulmuş, ailəmi, yaxınlarımı polis idarəsinə çağıraraq izahatlarını almışlar. Şirkətlərdən birinin direktor müavini Fərzəliyev Əliyar Əmrah oğlunun etdiyi hədə-qorxular, təzyiqlər nəticəsində mənə, həyat yoldaşım Yelena Əliquliyevaya və həyat yoldaşımın anası Raisa Saloninaya məxsus olan daşınmaz əmlaklar 13-14 iyun tarixlərində Əliyar Fərzəliyevin adına keçirilmişdir. Əliyar Fərzəliyev bizə heç bir məbləğdə pul verilməmişdir. Buna görə də alqı-satqı müvaqilələrinin etibarsız hesab olunması barədə tərəfimizdən məhkəməyə müraciət olunmuşdur. Lakin Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev tərəfimizdən sübutların təqdim olunmasına baxmayaraq bizə məlum olmayan səbəblərdən iddia tələbimizi təmin etməmişdir. Məhkəmə isə qətnamədə əsaslandırma edərkən şahidlərin ifadəsinə tənqidi yanaşmasını göstərmişdir. Halbuki ifadə vermiş şahidlər obyektiv şahidlik edərək məhkəməyə həqiqəti söyləmişlər. Məhkəmə isə 21 saylı notariat ofisində pul verilib-verilməməsini müəyyən etməkdən ötrü sorğu ilə müraciət etsə də, sorğuya cavab verilməmiş qətnamə qəbul edilmişdir. Bizə heç bir pul vəsaiti verilməmişdir, edilmiş hədə-qorxular nəticəsində əmlaklar Əliyar Fərzəliyevin mülkiyyətinə keçirilmişdir.

Yuxarıda göstərilənlərə istinadən sizdən xahiş edirəm ki, ərizəmdə qeyd etdiyim faktları nəzərə alaraq işin obyektiv şəkildə araşdırılmasına müvafiq köməklik göstərəsiniz.”

İşinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxıldığını vurğulayan vətəndaş Məhkəmə Hüquq Şurasının sədrindən bu işə ədalətli baxılmasına nəzarət etməyi xahiş edir:

“İnam Kərimovdan artıq dərəcədə xahiş edirəm. Bu ədalətsizliyi heç olmasa ikinci instansiya məhkəməsindən aradan qaldırsın. Açıq-aşkar qanunsluq göz önündədir.  Hörmətli İnam Kərimova müraciət edərək, bəyan edirəm ki, şahidlər də dindirən zaman hər hansı alqı- satqı olmadığını söyləyib.  Bankda həmin anların görüntüləri var. Həmin görüntülərdə pul alınmadığı ortadadır. Belə olan halda hansı alqı-satqıdan söhbət gedə bilər. Adam özüylə gətirdiyi pulu yenidən özüylə aparır. Yəni ki, əmlakın alqı-satqısı bizə qarşı hədə-qorxu, şantaj vasitəsilə həyata keçirilib. 

https://www.gununsesi.info/wp-content/uploads/2025/01/VID-20250111-WA0071.mp4

Hakim isə qətnaməsində göstərib ki, məhkəmə şahidlərin ifadələrinə  tənqidi yanaşır. Bu nə məntiqə, nə də hüquqi normaya sığır. O zaman niyə vəsatət formasında təqdim edilən videonu götürməkdən imtina edib? O zaman görərdi ki, şahidlərin dedikləri nə dərəcədə həqiqətə uyğundur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see252

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see201

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see192

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see186

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see176

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see154

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see154

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see153

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see153

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see145

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see141

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see141

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see139

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see139

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see137

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see135

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri