Icma.az
close
up
RU
Səbail rayon təşkilatında partiyanın yaranmasının 32ci ildönümü qeyd olunub

Səbail rayon təşkilatında partiyanın yaranmasının 32ci ildönümü qeyd olunub

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında partiyanın yaranmasının 32-ci ildönümü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül düzərək əziz xatirəsini yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. SİA xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Bildirib ki, 1993-cü ildə Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı. Bir tərəfdən mərkəzi hökumətin Azərbaycana qarşı mənfi münasibəti, digər tərəfdən isə Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi və silahlı hücuma başlaması vəziyyəti daha da gərginləşdirdi.Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi.Daha sonra “91-lər”in üzvü Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yollardan və partiyanın yarandığı zamanlarda şahidi olduğu hadisələrdən söhbət açıb.Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında diqqətə çatdırıb ki, 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət daha ağırlaşmışdı və xalq təkidli tələblə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi yaradıldı, ictimai-siyasi sabitlik yaradıldı və iqtisadi inkişafın əsası qoyuldu.Azərbaycan Elm və Təhsil İnstitunun baş direktoru Səyyarə İbadullayeva bildirib ki, hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə dinamik inkişaf yolunu keçib, gənclərimiz bu gün bu həqiqətləri görür və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını daha böyük həvəslə və inamla izləyirlər.Partiya fəalı Rizvan Vahabov qeyd edib ki, Azərbaycanın bu gün əldə etdiyi qələbələr və qazandığı uğurların arxasında Heydər Əliyevin siyasi kursunun uğurlu davamı dayanır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqlə davam etdirərək ata vəsiyyətini yerinə yetirdi və Azərbaycanın suverenliyini bərpa edərək Qarabağı işğaldan azad etdi. Bu gün Qarabağda böyük quruculuq işləri həyata keçirilir. Qarabağdan didərgin düşən vətəndaşlarımız tədricən öz doğma yurdlarına qayıdırlar.Sonda bir sıra şəxslərə partiya vəsiqələri təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri