Səbail rayonunda dənizdə meyit aşkarlanıb
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Səbail rayonunda silah sursat aşkarlanıb VİDEO
20 İyun 2025 18:28
Səbail rayonunda oğurluq edənlər saxlanılıb
07 Aprel 2025 16:27
Səbail rayonunda yanğın baş verib
05 Oktyabr 2025 10:03
Baş prokuror Səbail rayonunda qəbul keçirəcək
29 Sentyabr 2025 11:02
Səbail rayonunda istirahət mərkəzində yanğın oldu FOTO
08 Sentyabr 2025 09:50

