Səbailin bitmək bilməyən yol problemi: Sakinlərin şikayətinə niyə baxılmır? VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış sahəsində yolların yararsız vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə asfalt örtüyünün olmaması, xüsusilə də yağan yağışlar nəticəsində yolları tamamilə keçilməz hala salıb.
Sakinlər yaranmış vəziyyətin gündəlik həyatlarına mane olduğunu və hər kəsin əziyyət çəkdiyini bildirirlər:
"Yağış yağanda qalxıb düşmək olmur, uşaqlar məktəbə gedə bilmirlər. Yaşlı, cavan hər kəs əziyyət çəkir. Ayağımıza "salafan" geyinib qalxırıq bu palçıqdan".
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən açıqlama verilib. Bildirilib ki, son illər ərzində Səbail rayonunun müxtəlif ünvanlarında 70 kilometrdən artıq yolların asfalt örtüyü bərpa edilib.
İcra Hakimiyyətindən onu da qeyd ediblər ki, 2026-cı ildə də mərhələli şəkildə yolların asfalt örtüyü ilə təmin edilməsi işləri davam etdiriləcək.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 12 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















