Icma.az
close
up
RU
Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib

Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib.

XQ xəbər verir ki, görüşdə ANAMA-nın müşaviri Fikrət Vəliyev, AFFA-nın şöbə rəisi Nəriman Axundov, Azərbaycan milli amputant futbol komandasının rəhbəri Elnur Sadıqov, baş məşqçisi Ramil Həbibov, məşqçilər və komanda üzvləri iştirak ediblər.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının Konstitusiyasının insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etdiyini vurğulayıb. O bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi və bərabər imkanlarla təmin olunması Konstitusiyadan irəli gələn fundamental prinsiplərə əsaslanır və dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Müvəkkil mina təhlükəsinin insan hüquqlarına ciddi təhdid olduğunu, mülki əhalinin həyat və sağlamlığına ağır zərbə vurduğunu diqqətə çatdıraraq, Ombudsman təsisatının mina qurbanlarının hüquqlarının müdafiəsi, onların reabilitasiyası və sosial təminatının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. Bu çərçivədə ANAMA başda olmaqla aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Eyni zamanda, Ombudsman dövlət siyasətinin əsas prioritetlərindən birinin sosial cəhətdən həssas qruplara, xüsusilə də əlilliyi olan şəxslərə dəstəyin gücləndirilməsi olduğunu, bu kontekstdə onların təhsil, sağlamlıq, məşğulluq və ictimai həyata bərabər əsaslarla qoşulması istiqamətində görülən işləri, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflər və geniş tədbirlərin illik məruzələrində yer aldığını diqqətə çatdırıb.

Qeyd edilib ki, amputant idmançıların əksəriyyəti Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü, Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də postmünaqişə dövründə davam edən mina terroru nəticəsində sağlamlıqlarını itirmiş şəxslərdir. Bu baxımdan milli amputant futbol komandasının fəaliyyəti təkcə idman nailiyyəti deyil, eyni zamanda müharibənin ağır nəticələrinə baxmayaraq Azərbaycan vətəndaşının sarsılmaz iradəsinin, həyat eşqinin və vətənpərvərliyinin bariz nümunəsidir.

Öz növbəsində çıxış edən ANAMA-nın müşaviri Fikrət Vəliyev, Azərbaycan milli amputant futbol komandasının rəhbəri Elnur Sadıqov və baş məşqçisi Ramil Həbibov, eləcə də digər heyət üzvləri komandanın fəaliyyəti, qarşıya qoyulan məqsədlər, beynəlxalq və yerli yarışlarda əldə olunan nailiyyətlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, Azərbaycan milli amputant futbol komandası yarandığı üç il ərzində beynəlxalq arenada uğurlu çıxış edərək bir sıra nüfuzlu turnirlərdə ölkəmizi layiqincə təmsil edib və hazırda amputant futbolu üzrə dünya reytinqində iştirakçı ölkələr arasında ilk onluqda qərarlaşıb. Onlar göstərilən diqqət və dəstəyə görə Ombudsmana təşəkkür edərək, bu cür görüşlərin idmançıların motivasiyasının artırılmasında, eyni zamanda cəmiyyətdə fiziki məhdudiyyətli şəxslərə münasibətin formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra Ombudsmanın təşəbbüsü ilə hazırlanmış, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına və bərabər imkanların təşviqinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri